Bakı Dövlət Universiteti nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyi 2010-2011-ci
tədris ilində Azərbaycan və rus bölmələrinin V
sinfinə istedadlı şagirdlərin qəbulu üçün
müsabiqə
elan edir:
Tələb olunan sənədlər:
- ərizə;
- doğum haqqında şəhadətnamənin surəti;
- oxuduğu sinif haqqında arayış;
- 3x4 sm. ölçüdə 2 ədəd fotoşəkil.
Sənədlər mayın 8-dən 30-dək liseyin binasında
qəbul edilir.
Müsabiqə 12 iyun 2010-cu il tarixdə, saat
10:00-da ana dili, riyaziyyat və ingilis dili
fənləri üzrə test üsulu ilə aparılacaq.
Liseydə dərslər təcrübəli orta məktəb
müəllimləri, BDU-nun aparıcı professor və
müəllimləri tərəfindən tədris olunur. Liseyə
qəbul olan şagirdlər BDU-nun
laboratoriyalarından, kitabxanasından və idman
zallarından istifadə edirlər.
Əlavə məlumat üçün aşağıdakı ünvana müraciət
etmək lazımdır:
Əhməd Cəmil küçəsi, 41 "a".
Əlaqə telefonu: 510-74-54
MÜDİRİYYƏT |