Bakıdakı 27 nömrəli məktəbdə "Şən startlar"
intellektual, əyləncəli idman yarışı keçirilib.
Tədbir məktəbin fiziki tərbiyə müəllimi Emil
Qaybalıyev tərəfindən hazırlanmışdır.
Tədbirdə məktəbin direktoru Cəmilə Ramazanova,
təlim-tərbiyə işləri üzrə direktor müavinləri,
fiziki tərbiyə müəllimləri, fəxri qonaq British
Council "Beynəlxalq idman həyəcanı" layihəsinin
meneceri Rəna Yusifova iştirak etmişdilər.
Tədbirin əsas məqsədi şagirdlərda orqanizmin
müxtəlif funksional sistemlərinin inkişafı və
formalaşmasında fiziki tərbiyənin rolu və
əhəmiyyəti idi. Şagirdlər göstərdikləri müxtəlif
idman hərəkətləri ilə bir daha sübut etdilər ki,
onların ilkin hazırlığı vacibdir və müxtəlif
idman növləri ilə məşğul olmaq şagirdlərin həyat
fəaliyyətinə hazırlanmasında önəmli yerlərdən
birini tutur.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru
Cəmilə xanım təşkilatçı Emil Qaybalıyevə və
bütün iştirakçılara tarixi Azərbaycan
torpaqlarının işğal olduğu bir zamanda belə bir
tədbir keçirilməsinin aktual olduğunu bildirdi
və vurğuladı ki, bu tipli tədbirlər gələcəyin
aşkar olacaq şagird kontingentinin fiziki
hazırlığının yüksək səviyyədə olmasına xidmət
edir.
Tədbirin qaliblərinə fəxri fərmanlar və
hədiyyələr təqdim olundu. |