1. İngilis dili üzrə tərcümə baza təhsilli
mütəxəssislər üçün pedaqoji ixtisas;
2. Texnikum və kollecləri bitirən ibtidai
siniflərdə xarici dil mütəxəssisləri üçün
ingilis dili üzrə pedaqoji ixtisas.
Fakültəyə qəbul olmaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- diplomun surəti;
- diploma əlavənin surəti;
- əmək kitabçasının müəssisə rəhbəri tərəfindən
təsdiq olunmuş surəti (işləyənlər üçün);
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- təhsilini bu il başa vuranlar üçün azad
təyinat haqqında sənəd;
- şəxsiyyət vəsiqəsinin surəti.
Təhsil forması: əyani
Təhsil ödənişlidir.
Sənədlər 2010-cu il iyulun 1-dən sentyabrın
10-dək (R.Behbudov küçəsi - 60, III mərtəbə,
316-cı otaq) qəbul edilir.
Fakültəyə qəbul üçün müsahibə sentyabrın 20-dən
25-dək həmin ünvanda aparılacaq.
Təhsil müddəti 10 aydır.
Fakültənin məzunlarına aldıqları ixtisaslar üzrə
işləmək hüququ verən vahid formalı dövlət sənədi
(diplom) verilir.
Dərslər oktyabrın 1-dən başlanır.
Əlavə məlumat almaq üçün hər gün (bazar günündən
başqa)
saat 10:00-dan 17:00-dək göstərilən ünvana
müraciət etmək olar.
Əlaqə telefonları: 440-29-03; (050) 343-29-35
REKTORLUQ |