II. Tenderdə nəşr və çap sahəsində
peşəkarlığı, təcrübəsi, texniki və
maliyyə imkanları, işçi qüvvəsi,
idarəetmə səriştəsi, etibarlılığı olan
nəşriyyat-poliqrafiya müəssisələri (müəllif
və ya müəlliflər qrupu ilə birlikdə)
iştirak edə bilərlər.
III. Tender "Dövlət satınalmaları
haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq keçirilir.
Tenderin prosedur qaydaları, təkliflərin
təqdim edilməsi və qiymətləndirilmə
meyarları "Əsas şərtlər toplusu"nda öz
əksini tapır.
IV. Tenderdə İddiaçı statusu almaq
istəyənlər elan dərc olunduğu gündən 20
avqust 2010-cu il tarixə kimi aşağıdakı
sənədləri təqdim etməlidir:
Tender prosedurunda iştirak etmək üçün
yazılı müraciət;
İştirak haqqının ödənilməsini təsdiq
edən bank sənədi;
Dövlət qeydiyyatı haqqında
Şəhadətnaməsinin notariat qaydasında
2010-cu ildə təsdiq edilmiş surəti;
Uçot vahidlərinin dövlət reyestrinə
daxil edilməsi haqqında Şəhadətnaməsinin
notariat qaydasında 2010-cu ildə təsdiq
edilmiş surəti;
Nizamnaməsinin (Əsasnaməsinin) notariat
qaydasında 2010-cu ildə təsdiq edilmiş
surəti;
Vergi və sair icbari ödənişlərə dair
borclarının olub-olmaması haqqında vergi
orqanları tərəfindən verilmiş arayış (sənədlərin
təqdim edildiyi tarixə);
Son bir ildəki maliyyə dövriyyəsi
haqqında bank tərəfindən verilmiş arayış
və bank rekvizitləri;
Son bir ildəki maliyyə vəziyyətini əks
etdirən və vergi orqanları tərəfindən
təsdiq olunmuş balansı (forma ¹2 ilə
birlikdə) və ya vergi bəyannaməsi.
Nəşr və çap işləri sahəsindəki təcrübəsi
barədə məlumat;
Sənədlər təqdim olunan vaxta Dövlət
Sosial Müdafiə Fonduna verilmiş
hesabatın surəti və Dövlət Sosial
Müdafiə Fondunun arayışı;
Nəşriyyatın (mətbəənin) işçiləri,
avadanlıqları və çap maşınları haqqında
məlumat (təqdim olunan formaya uyğun);
Məhkəmə araşdırmalarına cəlb
olunub-olunmaması barədə məlumat;
İşin icrası ilə bağlı subpodratçı
qismində başqa mətbəələrdən istifadə
olunub-olunmayacağı barədə məlumat; Əgər
istifadə olunacaqsa, həmin mətbəə ilə
tender iştirakçısı arasında bağlanmış
müqavilənin (və ya hüquqi sənədin)
təsdiq olunmuş surəti əlavə olunur.
Qeyd: İddiaçı təqdim etdiyi sənədlərin,
o cümlədən ixtisas göstəricilərinə dair
məlumatların doğruluğuna görə məsuliyyət
daşıyır.
V. Tenderdə iştirak haqqı aşağıdakı kimi
müəyyən edilmişdir:
I lot üzrə - 2273 manat (iki min iki yüz
yetmiş üç manat)
II lot üzrə - 112 manat (yüz on iki
manat)
III lot üzrə - 216 manat (iki yüz on
altı manat)
IV lot üzrə - 1680 manat (min altı yüz
səksən manat)
V lot üzrə - 930 manat (doqquz yüz otuz
manat)
VI lot üzrə - 1096 manat (min doxsan
altı manat)
VII lot üzrə - 658 manat (altı yüz əlli
səkkiz manat)
VIII lot üzrə- 85 manat (səksən beş
manat)
IX lot üzrə - 70 manat (yetmiş manat)
X lot üzrə - 157 manat (yüz əlli yeddi
manat)
XI lot üzrə - 846 manat (səkkiz yüz qırx
altı manat)
XII lot üzrə - 87 manat (səksən yeddi
manat)
XIII lot üzrə - 757 manat (yeddi yüz
əlli yeddi manat)
XIV lot üzrə - 757 manat (yeddi yüz əlli
yeddi manat)
Tenderin "Əsas şərtlər toplusu" və "Ümumi
təhsilin Milli Kurikulumu" (ibtidai
təhsil pilləsinə dair) tenderdə iştirak
edəcəyi hər bir lot üzrə müəyyən edilmiş
məbləğdə iştirak haqqı ödəyən iddiaçıya
veriləcəkdir.
İştirak haqqı aşağıdakı hesaba
köçürülməlidir:
Bakı şəhəri, Az 1008, Xətai prospekti,
49, Azərbaycan Respublikası Təhsil
Nazirliyi, VÖEN 1500046011, Beynəlxalq
Bankın Mərkəzi Filialı, VÖEN:
9900001881, Kod 805722, Müxbir hesabı
0137010002944, S.W.I.F.T. - Bik IBAZAZ 2
X, MNDXA-nın 1 saylı Xəzinədarlıq
İdarəsi, VÖEN: 1700986181, Hesab ¹
33205019449328518204
İştirakçıların iddiaçı statusu almaq
üçün tender keçirənə ödədikləri iştirak
haqqı heç bir halda geri qaytarılmır.
VI. İddiaçılar tender elanında və ya "Əsas
şərtlər toplusu"nda göstərilən bütün
lotlar və ya hər lot üzrə yalnız bir
təklif verə bilər. Hər bir lot üzrə azı
üç təklif təqdim olunduqda tender
proseduru baş tutmuş hesab edilir. Üçdən
az təklif daxil olan lot üzrə tender
proseduru baş tutmamış elan edilir və
həmin lot üzrə təqdim olunan tender
təklifləri (texniki və maliyyə təklifi)
olan zərflər (bağlamalar) açılmır.
VII. Hər bir lot üzrə vahid tender
təklifi təqdim olunmalıdır: Buna məzmun
(keyfiyyət) və maliyyə
qiymətləndirilməsi üçün verilən tender
təklifləri daxildir:
- İddiaçı iştirak etdiyi hər bir lot
üzrə təklifin təqdimat vərəqəsi ilə
birlikdə hazırladığı dərslik
komplektinin son çap versiyasını özündə
əks etdirən tam həcmdə rəngli maketini 5
(beş) nüsxədə (termoyapışqanla
cildlənmiş şəkildə), kitabların mətn və
üz (cild) kağızlarının keyfiyyətini,
cildləmə üslubunu, ölçüsünü (formatını),
ümumi həcmini nümayiş etdirən hazır boş
modelini 1 (bir) nüsxədə təqdim
etməlidir.
- Dərslik komplektinin rus dilinə olan
tərcüməsi isə son çap versiyasını özündə
əks etdirən 1 (bir) çap vərəqi həcmində
(8 səhifə, cildi ilə birlikdə) olan mətn
şəklində və rəngli maketi 1 (bir)
nüsxədə təqdim olunmalıdır. Hər bir lot
üzrə təqdim olunan dərslik komplektinin
maket və modelləri (Azərbaycan və rus
dillərində) bir bağlamada (zərfdə və ya
qutuda) təqdim olunur.
- Bağlamanın (zərfin) üzərində satınalan
təşkilatın və iddiaçının adı, ünvanı,
lot nömrəsi qeyd olunmalı, bağlandıqdan
(yapışdırıldıqdan) sonra iddiaçı
tərəfindən imzalanmalı və
möhürlənməlidir.
- Dərsliklərin, iş dəftərlərinin və
müəllim üçün metodik vəsaitlərin
üzərində və içərisində iddiaçının və ya
müəlliflərin adını açıqlayan hər hansı
bir məlumat və ya müəllifin soyadı və
adının qeyd olunacağı yerə işarəetmə,
qeyd və digər şərti işarə olmamalıdır.
Təqdim olunan komplektlərin cildləri
plyonkasız və laminasiyasız olmalıdır.
Dərslik və müəllim üçün metodik vəsaitin
cildinin son səhifəsində pulsuz sözü
yazılmalı, iş dəftərinin sonunda isə
qiymət yeri boş saxlanılmalıdır.
Qeyd: Yalnız boş modellərin üzərinə onun
hansı lota aid olduğunu bildirən,
texniki şərtləri əks etdirən yarlıq (etiket)
vurulmalı və onların (dərslik və müəllim
üçün metodik vəsaitlərin) bloku sap-tikişlə
olmalı, üzlüyü (cildi) isə
termoyapışqanla bərkidilərək laminasiya
edilməlidir. İş dəftəri isə tel-tikişlə
olmalıdır.
- İddiaçı iştirak etdiyi hər bir lot
üzrə dərsliyə və müəllim üçün metodik
vəsaitə dair qiymət təklifini (maliyyə
təklifini), təklifin təqdimat vərəqəsini,
təklifin dəyərinin 2%-i həcmində olan
bank təminatını, "Dövlət satınalmaları
haqqında" Qanunun və "Əsas şərtlər
toplusu"nun tələblərinə uyğun
hazırlayaraq bir ədəd "Əsli" və bir
ədəd "Surəti" olmaqla ayrı-ayrı zərflərə
qoyur və həmin zərfləri isə digər bir
zərfə qoyaraq təqdim edir. Hər bir zərf
iddiaçı tərəfindən imzalanmalı,
möhürlənməli, üzərində satınalan
təşkilatın və iddiaçının adı, ünvanı,
lot nömrəsi qeyd olunmalıdır.
- İş dəftəri qalib iddiaçının (nəşriyyatın)
maliyyə vəsaiti hesabına çap edilir.
- Qiymət (maliyyə) təklifinin dəyərinə
dərslik və müəllim üçün metodik
vəsaitlərin hazırlanması, nəşr və çap
xərcləri, bütün poliqrafik materialların
dəyəri, hazır məhsulun müəyyən edilmiş
təyinat məntəqəsinə təhvil verilməsi,
sığorta, müəllif (müəlliflər) və elmi
redaktorun qonorarı, mövcud
qanunvericiliyə uyğun olaraq bütün
vergilər, rüsumlar, eləcə də Dövlət
Sosial Müdafiə Fonduna ödəniş və s.
xərclər daxildir.
- Verilən təklifdə (maliyyə təklifində)
bütün rəqəmlər (və ya təklifin ümumi
məbləği) həm də sözlə yazılmalıdır.
Tələb olunduğu təqdirdə hər bir lotun
dəyərinə dair kalkulyasiya təqdim
olunmalıdır.
- İddiaçının tender təklifinin
qüvvədəolma müddəti zərflər (bağlamalar)
açıldığı gündən sonra azı 30 bank
günüdür.
- Qiymət təklifinin dəyərinin 2%-i
həcmində olan bank təminatının (bu
təminat səlahiyyətli bankdan olmalıdır)
qüvvədəolma müddəti isə tender
təklifinin qüvvədə olma müddətindən 60
bank günü artıqdır.
VIII. Qiymətləndirilmə:
Dərsliklərin, iş dəftərlərinin və
müəllim üçün metodik vəsaitlərin model
və maketləri olan zərflər (bağlamalar),
yəni texniki tender təklifi Tender
Komissiyasının iclasında açılır və
sənədləşdirilir, kodlaşdırılır və məzmun
(keyfiyyət) qiymətləndirilməsi üçün
Dərslikləri Qiymətləndirmə Şurasına
verilir. Qiymət təklifi (maliyyə təklifi)
olan zərflər isə açılmadan saxlanılır.
Məzmun (keyfiyyət) qiymətləndirilməsinin
nəticələri Tender Komissiyasının
iclasında DQŞ tərəfindən elan edilir və
bundan sonra kodlar açılır. Yalnız keçid
balını toplamış dərslik komplektinin
maliyyə təklifi (dərslik və müəllim üçün
metodik vəsaitə dair) olan zərf (zərflər)
açılır və sənədləşdirilir. Qiymət
təklifləri Tender Komissiyası tərəfindən
təhlil edilir.
Keçid balını toplamamış iddiaçıların
tender təklifi rədd edilmiş sayılır və
onlara bildiriş göndərilir.
IX. Məzmun (keyfiyyət) üzrə tələb olunan
keçid balını toplamış iddiaçılardan ən
sərfəli (ən aşağı) qiymət təklif edəni
tenderin qalibi hesab edilir və bu
barədə ona bildiriş göndərilir. Tenderdə
dempinq (dəyərindən çox aşağı) qiymət
verən iddiaçının təklifi
qiymətləndirmədən kənarlaşdırılır.
İddiaçının tenderə təqdim etdiyi maliyyə
təklifində dempinq qiymətin verilməsi
Tender Komissiyası və komissiyanın bu
işə cəlb etdiyi peşəkar
qiymətləndiricilər (ekspertlər)
tərəfindən malların ehtimal olunan
qiyməti əsasında müəyyən edilir.
Satınalan təşkilat tender təklifləri
verilməsinin son müddəti qurtaranadək
tenderin "Əsas şərtlər toplusu"na öz
təşəbbüsü ilə və ya hər hansı iddiaçının
sorğusuna cavab olaraq dəyişikliklər və
əlavələr edə bilər. Bu barədə məlumat
dərhal tenderin "Əsas şərtlər toplusu"nu
almış bütün iddiaçılara göndərilir.
Dəyişikliklər və əlavələr bütün
iddiaçılar üçün məcburi qüvvəyə malikdir.
X. İddiaçıların hər bir lot üzrə
dərslik komplektlərinin model və
maketləri olan təklif (texniki təklifi)
zərfləri (bağlamalar) və dərslik
komplektlərinin (dərslik və müəllim üçün
metodik vəsait) qiymət təklifi (maliyyə
təklifi) olan zərfləri birlikdə 05
aprel 2011-ci il saat 18:00-dək Tender
Komissiyasına təqdim olunmalıdır.
Göstərilən tarixdən və vaxtdan sonra
təqdim olunan təklif zərfləri qəbul
edilmir.
Tender təklifləri (texniki təklif) olan
zərflərin (bağlamaların) açılışı
06 aprel 2011-ci il tarixdə, saat 15:00
- da iddiaçıların və ya onların
səlahiyyətli nümayəndələrinin iştirakı
ilə Təhsil Nazirliyində keçirilir.
XI. Bütün tender sənədləri Azərbaycan
dilində tərtib olunmalıdır.
Əlavə məlumat üçün bu ünvana müraciət
etmək olar:
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Bakı şəhəri, Xətai prospekti, 49, II
mərtəbə, 206-cı otaq, Dərslik və
nəşriyyat şöbəsi.
Əlaqə tel.: 496-34-97, 489-99-86; Faks:
(+99412) 496-93-29; 496-34-83,
www.edu.gov.az , e-mail:
[email protected]
Tender Komissiyası |