Azərbaycan Respublikası Təhsil Nazirliyi
bildirir ki, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi
təhsil müəssisələrində işə başlamış gənc
mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi
haqqında" 14 aprel 2010-cu il tarixli, 67
nömrəli qərarı imzalanmışdır.
Bu qərara əsasən Nazirlər Kabinetinin
22.06.2004-cü il tarixli, 85 nömrəli və 17 aprel
2006-cı il tarixli, 107 nömrəli qərarları
qüvvədən düşmüş və əvvəlki qərarlardan fərqli
olaraq bu qərarda gənc mütəxəssislərə tətbiq
olunan maliyyə vəsaitləri artırılmış, ipoteka
kreditlərinin verilməsi məsələsi
planlaşdırılmışdır. Əhəmiyyətli amillərdən biri
də bu qərarın həyata keçirilməsində zaman
məhdudiyyətinin qoyulmaması və onun daimi
xarakter daşımasıdır.
Beləliklə, bu qərara əsasən pedaqoji profilli
ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında
yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb
olunmasının stimullaşdırılması və həmin
müəssisələrdə pedaqoji kadr tələbatının
ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş
yerlərində əmək fəaliyyətinə başlayan və 3 il
müddətində bu fəaliyyəti ümumi təhsil
müəssisələrində davam etdirən gənc
mütəxəssislərə aşağıdakı həvəsləndirmə
tədbirləri tətbiq olunacaqdır.
�
Yol xərci, əmlakın daşınması üçün nəqliyyat
xərci, ilkin yaşayış şəraitinin yaradılması
məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində
birdəfəlik yardım;
�
3 il müddətində kommunal xidmətlərini ödəmək
üçün 40 (qırx) manat məbləğində kompensasiya;
�
yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi;
�
torpaq sahələrinin ayrılması;
�
ipoteka kreditlərinin verilməsi.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə
yerləşən ümumi təhsil müəssisələrində əmək
fəaliyyətinə başlayan hər bir müəllimə yuxarıda
göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı,
həm də 3 il müddətində 70 (yetmiş) manat
məbləğində aylıq əməkhaqqına əlavə
ödəniləcəkdir. Başqa sözlə, 20 km-dək məsafədə
yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda
40 (qırx) manat, 20 km-dən artıq məsafədə
yerləşən məktəblərdə dövlət sifarişinə uyğun
işləyənlərə ayda 110 (yüz on) manat məbləğində
maliyyə vəsaiti ödəniləcəkdir.
Gənc mütəxəssislərin yaşayış sahələrinə
ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq
üçün torpaq sahələrinin ayrılmasına və ipoteka
kreditlərinin verilməsinə köməklik göstərilməsi
yerli icra hakimiyyəti orqanları tərəfindən
bələdiyyələrlə birlikdə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən
stimullaşdırıcı tədbirlər yalnız gənc
mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına
əsasən həvəsləndirmə tədbirləri tətbiq edilən
konkret iş yerlərinin siyahısı dərc olunaraq
Təhsil Nazirliyi tərəfindən bildirilir ki, bu
yerlərdə işləmək arzusunda olan hər bir pedaqoji
ixtisaslı gənc mütəxəssis konkret iş yerinə
göndəriş almaq üçün cari ilin sentyabr ayının
15-dək Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması şöbəsinə
müraciət etməlidir.
Ünvan:
Bakı şəhəri, Xətai prospekti 49,
Əlaqə telefonu:
489-99-84; daxili: 2-17 |