Mütəxəssislər aşağıdakı öhdəlikləri yerinə
yetirəcəklər:
�
Pilot layihənin digər tərəfdaş qurumlarla
əlaqələndirilməsi;
�
Uşaqların müəssisəyə düşməsinin qarşısının
alınması ilə ailələrə dəstək göstərilməsi;
�
Xəzər rayonunda Dövlət Uşaq Müəssisələrinin
Transformasiyası üzrə Baş Plana uyğun olaraq
ailələrə dəstək xidmətlərinin təşkili və
yaradılması;
�
Xəzər rayonunda təhsildən kənarda qalan və
sağlamlıq imkanları məhdud olan uşaqların
təhsilə cəlb edilməsi;
�
Xəzər rayonunda yerləşən müəssisələrdə yaşayan
uşaqların fərdi qayğı planının işlənib
hazırlanması və alternativ qayğıya cəlb
edilməsi;
�
Uşaqların sosial yönümlü xidmətlərə yönəldilməsi
üçün mexanizmin tətbiq edilməsi;
�
Layihə çərçivəsində bioloji və alternativ
ailələrə veriləcək uşaqların vəziyyətinə dair
dövri monitorinqin aparılması;
�
Pilot layihə üzrə hesabatların hazırlanması.
Vəzifəyə dair əsas tələblər və bacarıqlar:
�
Pedaqoji / psixoloji / ali təhsil;
�
Ən azı 2 il uşaqlarla / ailələrlə iş təcrübəsi;
�
Uşaqlarla və böyüklərlə səmərəli ünsiyyət qurmaq
bacarıqları;
�
Komandada işləmək bacarıqları, digərlərinin
fikrinə hörmətlə yanaşmaq;
�
Uşaq inkişafı və onların ehtiyaclarını
müəyyənləşdirmək sahəsində praktiki bilik və
bacarıqlar;
�
Ailə psixologiyası, ailənin ehtiyaclarını
müəyyənləşdirmək sahəsində praktiki bilik və
bacarıqlar;
�
Dinləmək qabiliyyəti;
�
Müstəqil və komanda üzvü kimi yaxşı
təşkilatçılıq bacarıqları;
�
Gərginlik şəraitində işləmək bacarığı;
�
İş prosesində yeniliklərə dair çevik olmaq;
�
İşin planlaşdırılması və işçilər arasında
vəzifələrin paylanması bacarıqları;
�
Konfliktlərin həll edilməsi bacarıqları;
�
İKT bacarıqları;
�
Təhlil etmə bacarıqları;
�
İşlə bağlı respublikanın digər rayonlarına ezam
olunma imkanları.
Qeyd:
Seçim zamanı Xəzər rayonu sakinlərinə və ya bu
rayona yaxın ərazidə yaşayanlara üstünlük
veriləcəkdir.
Arzu edənlər sənədlərini təqdim etmək üçün 10
gün müddətində Təhsil Nazirliyi De-institutlaşma
və Uşaqların Müdafiəsi İdarəsinə müraciət edə
bilərlər.
Tel.:
496-34-98 |