"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası
beynəlxalq humanitar "SOS Kinderdorf" təşkilatı
və Azərbaycan hökuməti arasında imzalanmış
razılaşmaya əsasən, 1999-cu ildə yaradılmışdır.
Təşkilatın əsas məqsədi valideyn himayəsindən
məhrum olan uşaqlara ailə əsaslı qayğı
göstərilməsi, həmçinin atılma riski altında olan
uşaqların sosial rifahını təmin etmək məqsədilə
müxtəlif tədbirlərin həyata keçirilməsidir.
Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq
Kəndləri, bundan başqa Ailələrə Dəstək Proqramı
çərçivəsində bir sıra sosial layihələri uğurla
fəaliyyət göstərir.
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası
Bakı SOS Uşaq Kəndinə pedaqoq vəzifəsinə
elan verir.
İşin təsviri
Pedaqoq Bakı SOS Uşaq Kəndində tərbiyə alan hər
bir uşaq/gənc üçün təhsil proqramını hazırlayır
və onun həyata keçirilməsini təmin edir,
uşaqların fərdi inkişaf planının hazırlanmasında
yaxından iştirak edir. Pedaqoq SOS Uşaq Kəndində
pedaqoji işin təşkili, o cümlədən məktəblərlə
sıx əməkdaşlığın qurulmasına məsuliyyət daşıyır.
İş şərtləri
�
Əməkhaqqı - 750 AZN (qross).
�
İş yeri - Bakı SOS Uşaq Kəndi.
�
İş günləri - 1-5-ci günlər.
Meyarlar
�
Pedaqoji, psixoloji sahədə ali təhsil;
�
Pedaqoji və ya psixoloji sahədə ən azı 5 il iş
təcrübəsi;
�
Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar);
�
Liderlik qabiliyyəti;
�
Monitorinq və qiymətləndirmə bacarıqları;
�
Yüksək ünsiyyət bacarığı;
�
Təşkilatçılıq və planlaşdırma bacarıqları;
�
Yüksək motivasiya;
�
Stressə davamlılıq;
�
Komandada işləmək bacarığı;
�
Azərbaycan dili - əla, ingilis dili - orta
səviyyə (ən azı);
�
Kompüter savadı - MS Office.
Uyğun namizədlər öz CV-lərini bu e-mail ünvanına
göndərə
[email protected] və yaxud (012)
489-02-96; 489-02-97 telefon nömrələrinə zəng
edə bilərlər.
www.soschildren.az |