Azərbaycan hökuməti Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin xərclərini ödəmək
məqsədilə Dünya Bankından maliyyə vəsaiti
almışdır. Həmin vəsaitin bir hissəsinin
məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə
tutulmuşdur.
Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil
kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai
sinif müəllimləri üçün təlimin keçirilməsi.
İcraçı təşkilat üçün ixtisas tələbləri:
* Nizamnaməsinə uyğun olaraq, təşkilatın
fəaliyyətinin əsas sahələri və istiqamətləri
arasında təhsil və təlimlərin olması;
* Təlim kurslarını keçirmək üçün lazım olan ən
zəruri işçi heyətinə və maddi imkanlara malik
olması;
* Müəllimlər üçün təlim kurslarının və ya
məktəblərlə birgə layihələrin həyata keçirilməsi
sahəsində ən azı üçillik uğurlu iş təcrübəsi;
* Məktəb kurikulumlarının həyata keçirilməsi
üzrə təlim kurslarında təcrübəsi olan
təşkilatlar üstünlüyə malik olacaqdır.
İcra müddəti:
iyun-avqust 2011-ci il
Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq
təşkilatları qeyd olunan təlimin həyata
keçirilməsi üçün maraqlarını bildirməyə dəvət
edir. Xidmətlərə maraq göstərən təşkilatlar
müvafiq ixtisas tələblərinə cavab verdiklərini
təsdiq edən aşağıdakı məlumatları və sənədləri
2010-cu il dekabrın 23-nə qədər aşağıdakı ünvana
təqdim etməlidirlər:
* müraciət məktubu;
* yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
* müvafiq bacarıq və təcrübəyə malik olan heyət
haqqında məlumat;
* nizamnamə.
Təşkilat Dünya Bankının "Borcalanlar tərəfindən
Məsləhətçilərin seçilməsi və İşə götürülməsi
Qaydaları"na əsaslanan Keyfiyyət və Dəyərə
Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat
09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə
etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks:
496-93-68.
E-mail:
[email protected] |