Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Dünya universitetlər

 

Orhus Universiteti

 
  Yerləşir: Danimarka, Orhus şəhəri  
Yaranma tarixi:  1928-ci il
Tipi: Dövlət 
İşçi heyətinin ümumi sayı: 11000 nəfər
Tələbələrin ümumi sayı: 38000 nəfər
İllik gəlirləri: 5270096000 Danimarka kronu (DKK)
İllik xərcləri: 5273853000 Danimarka kronu
Rəsmi saytı: www.au.dk
 

Orhus Universitetinin əsas binasıOrhus Universiteti (Aarhus University) Danimarkanın Orhus şəhərində yerləşir və Kopenhagen Universitetindən sonra ölkənin ikinci ən böyük və qədim ali məktəbidir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Orhus Universiteti 100 ən yaxşı ali məktəb arasında 63-cü yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Orhus Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 167-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 84-cü yerdə qərarlaşıb. 

Tarixi 

Orhus Universiteti 1928-ci il sentyabrın 11-də yaradılıb. Bu zamana qədər Danimarkada təkcə bir universitet - Kopenhagen Universiteti fəaliyyət göstərirdi. Ölkənin ikinci ən böyük şəhəri olan Orhusda universitet yaradılmasına ehtiyac duyulurdu. Bu zaman Orhus şəhərinin bələdiyyəsi yeni universitetin yaradılması üçün 33 min kron vəsait ayırır. 1928-ci ildən Orhus şəhərindəki Texniki Kollecin sinif otaqlarını icarəyə götürən Orhus Universitetinin Humanitar elmlər fakültəsi fəaliyyətə başlayır. Fakültənin müəllim heyəti fəlsəfə üzrə 1 professor, Danimarka, ingilis, alman və fransız dilləri üzrə 4 dosentdən ibarət olur. 1933-cü ildən yeni yaradılmış ali məktəb yerləşdiyi şəhərin adına əsasən rəsmi olaraq Orhus Universiteti adını daşıyır, bir il sonra isə universitetin humanitar fakültəsi akkreditasiyadan keçir və imtahan keçirmək hüququ qazanır. Həmin vaxtadək tələbələr tədqiqatlarını Kopenhagen Universitetində aparırdılar. 1933-cü ildə Orhus Universitetinin Sağlamlıq elmləri, 1936-cı ildə İqtisadiyyat və hüquq, 1942-ci ildə İlahiyyat fakültələri açılır. Ali məktəbin kampusu memar Kristian Frederik Müller tərəfindən inşa edilir və indiyədək kampusun binalarının tikintisi "Müller arxitektorları" firması tərəfindən həyata keçirilir.

Orhus Universitetinin xəstəxanasıII Dünya müharibəsində Danimarka almanlar tərəfindən işğal olunduğu dövrdə gestapo Orhus Universitetinin tələbə şəhərciyindəki iki yataqxananı öz qərargahlarına çevirirlər. 1944-cü il oktyabrın 31-də Danimarka müqavimət hərəkatının tələbinə əsasən, Kral hava qüvvələri gestaponun yerləşdiyi universitet yataqxanalarına havadan zərbələr endirir və onları yerlə yeksan edir. Lakin təyyarələrin biri almanlar tərəfindən topla vurulduğuna görə universitetin əsas korpusuna da bombalar düşür. Bu hadisə zamanı əsas binada olan memar Müller xoşbəxtlikdən sağ qalır və bir müddət sonra onu dağıntıların altından qazıb çıxarırlar. Deyilənə görə, Müller özünə gələn kimi soruşur: "Arkalar dağılmayıb ki?".  Müller əsas binanın bəzədilmiş hörgü arkalarını nəzərdə tuturdu və bilirdi ki, arkalar dağılsa, onların yenidən qurulması üçün vəsait toplamaq mümkün olmayacaq. Arkalar isə heç bir zədə almır və hazırda da mövcuddur. Bombardman zamanı 10 fəhlə həlak olur. Danimarka müqavimət hərəkatı hava hücumu zamanı mülki əhali arasında tələfatın qarşısını almaq üçün kampusun modeli üzərində bir neçə ay gərgin məşq aparıb. Buna səbəb Orhus Universitetinin kampusunun iki xəstəxana ilə əhatə olunması və sıx məskunlaşmış rayonda yerləşməsi olub.

II Dünya müharibəsindən sonra Orhus Universiteti tədricən bərpa olunmağa başlayır, yeni tədris proqramları qəbul edilir, tələbə və müəllimlərin sayı artır, yeni fakültələr açılır. 1948-ci ildə Danimarkada aparılan orfoqrafiya islahatlarından sonra Orhus şəhərinin adı Å hərfi ilə yazılsa da (Århus), universitetin adı hazırda da köhnə variantda (iki A ilə - Aarhus) olduğu kimi qalır. 1954-cü ildə universitetdə bir neçə fakültənin birləşməsi nəticəsində Dəqiq elmlər fakültəsi yaradılır.

Orhus Universitetinin kitabxanası2007-ci ildə universitetin Kənd təsərrüfatı elmləri fakültəsi açılır. 1939-cu ildən fəaliyyət göstərən Orhus Biznes Məktəbi, eləcə də Milli Ekologiya Tədqiqatları İnstitutu (NERI) universitetə birləşdirilir.   

Büdcəsi və təhsil haqqı 

2009-2010-cu tədris ilində Orhus Universitetinin illik gəlirləri 5270096000, illik xərcləri isə 5273853000 Danimarka kronu (DKK) təşkil edib.

Orhus Universitetinə yerli abituriyentlər imtahansız, orta məktəbin buraxılış imtahanlarının nəticəsini təqdim edərək qəbul olunurlar. Universitetdə yerli və Avropa Birliyinə daxil olan ölkələri təmsil edən tələbələr ödənişsiz oxuyurlar. Orhus Universitetində əcnəbi tələbələrin təhsil haqqı İctimai, Humanitar elmlər, İlahiyyat fakültələrində, Təhsil Məktəbində ildə 9100 avro, Biznes Məktəbində 11500 avro, Dəqiq elmlər və texnologiya, Sağlamlıq elmləri fakültələrində ildə 15300 avro təşkil edir. Təhsil haqqı tələbənin fakültədə qeydiyyata düşməsindən 1 ay əvvəl ödənilməlidir.

Dünyanın digər universitetlərində olduğu kimi, Orhus Universiteti də tələbələrə müxtəlif təqaüd və kreditlər təklif edir. Danimarka Dövlət təqaüdünün məbləği təhsil və yataqxana xərclərindən azad edilməklə bərabər ayda orta hesabla 7500 Danimarka kronu təşkil edir. Təqaüd və kredit almaq üçün tələbə avqust və fevral ayında universitetə yazılı ərizə ilə müraciət etməlidir. Tələbə götürdüyü krediti oxuduğu müddətdə tədricən və ya universiteti bitirib işə düzəldikdən sonra geri qaytarır. Əgər tələbə ali məktəbi bitirdikdən sonra sağlamlığı ilə əlaqədar və digər səbəblərə görə işləmək imkanını itirirsə və ya iş tapa bilmirsə götürdüyü kredit ona bağışlanır.  

Universitet bu gün 

Orhus Universitetinin kampusuOrhus Kopenhagendən sonra Danimarkanın ikinci ən böyük şəhəridir və Yutlandiya yarımadasının şərqində yerləşir. Təpə və meşələrdən ibarət bu liman şəhəri çox əlverişli coğrafi mövqeyə malikdir. Ölkənin bütün hissələrinin dəmir yolları Orhus şəhərində kəsişir. 1,2 milyon əhalisi olan şəhərin insanları çox mehriban və qonaqpərvərdir.

Orhus Universiteti kampusunun planı 1931-ci ildə danimarkalı memarlar Kristian Frederik Müller, Key Fisker, Pol Steqmann və landşaft memarı Karl Teodor Sorensen tərəfindən hazırlanıb. Kampusun tikintisinə 1932-ci ildə başlanıb və XXI əsrədək davam edib. Plana əsasən böyük sahədə tikilmiş binalar sarı kərpic və kirəmitdən ibarət olduğundan bütün kampusa eyni görünüş verir. Binalara sarmaşan bitkilər, yaşıl qazon və parklar, göllər kampusa əvəzolunmaz gözəllik bəxş edir. Orhus Universitetinin binaları Danimarkanın Mədəniyyət Nazirliyi tərəfindən ölkənin memarlıq nümunələri kimi qorunur.

2011-ci il yanvarın 1-dən Orhus Universiteti 4 akademik sahəyə bölünüb:

Milli Ekoloji Tədqiqatlar İnstitutu, Kənd təsərrüfatı elmləri və Dəqiq elmlər fakültələri birləşdirilərək Orhus dəqiq elmlər və texnologiya fakültəsi yaradılıb. Fakültəyə yeni dekan - Brayan Bek Nielsen təyin edilib. Fakültəyə Biologiya, Kimya, Riyaziyyat, Kompüter, Yer, İdman elmləri, Molekulyar biologiya, Fizika və astronomiya, Elmi tədqiqatlar departamentləri, 30-dan çox elmi-tədqiqat mərkəzi, Təbiətşünaslıq tarixi, Steno elm və tibbin tarixi muzeyləri, Ole Remer rəsədxanası, Orion planetarisi, Orhus Botanika bağı oranjereyası aiddir. 

Riyaziyyat fakültəsinin binasıHumanitar, İlahiyyat fakültələri, eləcə də Danimarka Təhsil Məktəbi birləşdirilərək Orhus incəsənət fakültəsi yaradılıb. Fakültənin rəhbəri dekan Mette Thunodur. Humanitar fakültəyə Antropologiya, arxeologiya və linqvistika, Estetik tədqiqatlar, Tarix və regionşünaslıq, İnformasiya və media tədqiqatları, Dil, ədəbiyyat və mədəniyyət, Fəlsəfə və ideyaların tarixi, Skandinav tədqiqatları departamentləri, Humanitar Ali Məktəbi, Vizuallaşma və Qarşılıqlı Təsir, Təhsilin İnkişafetdirilməsi və s. 20-dən çox elmi-tədqiqat mərkəzi, Qədim incəsənət, Qədim şəhər, Moesgaard muzeyləri aiddir.

İlahiyyat fakültəsi İncil tədqiqatları, Kilsə tarixi və praktik ilahiyyat, Sistematik ilahiyyat, Dini tədqiqatlar, Ərəb və İslam tədqiqatları bölmələrindən, Dini Tədqiqatlar və İlahiyyat Ali Məktəbindən (magistrant və doktorantlar üçün), Bioetika və Nanoetika, Müasir Din, Antik və Xristian Tədqiqatları, Qrundtviq Təhsil elmi-tədqiqat mərkəzlərindən ibarətdir. Danimarka Təhsil Məktəbində Pedaqogika, Tədris, Kurikulum tədqiqatları,  Mütləq orta təhsil departamentləri fəaliyyət göstərir.

İctimai elmlər fakültəsi və Biznes Məktəbi birləşdirilərək Orhus Biznes Məktəbi yaradılıb. Məktəb dekan Svend Hilleberq tərəfindən idarə olunur. Biznes Məktəbinin nəzdində Hüquq, İqtisadiyyat və Menecment məktəbləri,  Siyasi elmlər, Psixologiya departamentləri, Danimarka Siyasi Tədqiqatlar, Milli Qeydiyyat Tədqiqatları Əsaslı, Alkoqol və Narkotik Tədqiqatları, Tədris və Təhsil elmi mərkəzləri mövcuddur. 

Universitetin Leyksayd auditoriya binasıSağlamlıq elmləri fakültəsində bir sıra dəyişikliklər edilərək yeni Orhus sağlamlıq elmləri fakültəsi yaradılıb. Fakültənin dekanı Allan Flivbjerqdir. Sağlamlıq elmləri fakültəsinə İctimai Səhiyyə Məktəbi (Ümumi müalicə təcrübəsi, Biostatistika,  Sosial tibb və epidemiologiya, Ətraf mühit və əmək tibbi, Elm və tibb bacısı, Sağlamlıq xidmətləri tədqiqatları departamentlərindən ibarətdir), Anatomiya departamenti, Fiziologiya və Biofizika İnstitutu (Fiziologiya, Biofizika, Əczaçılıq, İnsan genetikası, Tibbi biokimya, Mikrobiologiya və immunologiya, Məhkəmə tibbi, Stomatologiya departamentləri, Kliniki Tibb İnstitutundan ibarətdir), Membran Reseptorlar və Əsəb Xəstəlikləri Mərkəzi, Stomatoloq Köməkçiləri, Gigiyenaçı və Klinika Texnikləri Məktəbi, Orhus Universitet  xəstəxanası daxildir.

Universitetin Nanoelmlər Fənlərarası Mərkəzi 2002-ci ildə professor Flemminq Besenbacher tərəfindən yaradılıb və nanoelmlər üzrə fənlərarası tədqiqatlar üçün geniş spektrdə proqramlar təklif edir. Burada təhsil, əsasən, fizika, kimya, biologiya, molekulyar biologiya, riyaziyyat, kompüter elmlərini əhatə edir.

Orhus Universitetinin kitabxana sistemi çox zəngindir və Danimarka dövlətinə məxsus milli kütləvi kitabxanadır (xüsusilə universitet kitabxanası). Universitetin kitabxana sisteminə ümumilikdə 2 əsas və 24 sahə kitabxanası daxildir. Əsas kitabxanalara Universitet və Danimarka Elektron Tədqiqatlar, sahə kitabxanalarına isə Humanitar fakültəyə məxsus Dil, ədəbiyyat və mədəniyyət,   IT-Katrinebjerg, Moesqaard, Rinqqade, Estetika, Sağlamlıq elmləri fakültəsinə məxsus Sağlamlıq elmləri, Stomatologiya, İctimai elmlər fakültəsinə məxsus Hüquq, Siyasi elmlər, İqtisadiyyat, Psixologiya, İlahiyyat fakültəsinə məxsus İlahiyyat, Dəqiq elmlər fakültəsinə məxsus Biologiya, Kimya, Kompüter elmləri və informasiya-media tədqiqatları, Yer elmləri, Elm və tibbin tarixi, Riyaziyyat, Fizika və Astronomiya, İdman elmləri, Kənd təsərrüfatı fakültəsinə məxsus DJF, Biznes Məktəbinə məxsus ASB, Danimarka Təhsil Məktəbinə məxsus Milli təhsil,  Milli Ekologiya İnstitutunun AuditoriyaNERI kitabxanaları aiddir. Kitabxana sisteminə dünyanın bir çox dillərində milyonlarla kitab daxil olmaqla jurnallar, kitabçalar, musiqi partituraları, filmlər, şəkillər, xəritələr və s. daxildir. Kitabxana sisteminin veb-saytına daxil olmaqla oxucular lazımi materialları əldə edə bilərlər.

Orhus Universitetinin rektoru hazırda Lourints Broder Holm Nilsen, prorektoru isə Seren Frandsendir. Universitetdə ümumilikdə 11000 əməkdaş fəaliyyət göstərir. Onların 4000-ə yaxını professor-müəllim, qalanları isə inzibati və texniki heyətdir. Bu ali təhsil müəssisəsində 38000-dən çox şəxs təhsil alır.

Orhus Universitetinin 8000-nə yaxın yataqxana kompleksi mövcuddur. Yataqxanalarda otaq tutmaq üçün universitetin Mənzil İdarəsinə ərizə ilə müraciət etmək və növbəyə yazılmaq lazımdır. Universitetə qabaqcadan müraciət edən tələbə otaqla daha tez təmin olunma şansı qazanır (ən yaxşı vaxt iyulun 1-dən avqustun 1-dəkdir). Kampus daxilində yerləşən yataqxanalardan Bronzealdervaenget, Borqlum Kollegiet, Danimarka Kollegiet, Qrundtvigs Hus Kollegiet, Hejredal Kollegiet, Klovergarden, Kollegierne i Universitetsparken, Vilhelm Kiers Kollegium, Teknologkollegiet, Stenaldervej Kollegiet, Skelager Kollegiet və s. qeyd etmək olar. Kampusdan kənardakı yataqxanalar Orhus şəhərinin müxtəlif yerlərində yerləşir. Otaqların qiyməti yataqxanadan və otağın şəraitindən asılı olaraq 1500-5000 Danimarka kronu arasındaUniversitetin Nobel parkı dəyişir (əksər yataqxanalarda qiymətlər 2000-3000 kron arasındadır). Yataqxanaların hovuzu, idman kompleksləri, ticarət mərkəzləri, yeməkxana və kafeləri mövcuddur, burada  ictimai nəqliyyat çox rahat təşkil olunub. Tələbələr nəqliyyat vasitəsi kimi velosipedə daha çox üstünlük verirlər.

Orhus Universitetində iki böyük tələbə təşkilatı - Tələbə İttifaqı və Studenterlauget mövcuddur. Tələbə İttifaqı bütün universitet, Studenterlauget isə Orhus Biznes Məktəbi üzrə fəaliyyət göstərir. Bu təşkilatlar müxtəlif konsert və tədbirlər, seminar və konfranslar təşkil edir,  Tələbə İttifaqı "Delfinen" tələbə jurnalı çap edir. Universitetdə siyasi təşkilatlar da (Sosial-demokratlar, Mühafizəkarlar, Liberallar və s.) yaradılıb. Mühafizəkarlar tələbə təşkilatı "Critique" jurnalı, Liberallar isə "Minerva" vərəqələri nəşr edir.

Orhus Universitetinin missiyası elmi-tədqiqatlar aparmaq, yeni proqramlar qəbul edərək dünyada elmin, milli və qlobal rifahın inkişafını təmin etmək, dünyanın ən elit universitetləri arasında olmaqdan ibarətdir. Universitetin tələbə və müəllimləri ətraf mühitlə sıx və dinamik əlaqələr qurur, yeni-yeni elmi nailiyyətlərə imza atırlar. Bu ali məktəbdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir, xaricdən alim və tələbə cəlb etmək üçün məqsədyönlü işlər görülür.

Orhus Universitetinin şüarı belə səslənir: "Dərinliklərdə möhkəm bünövrə axtarın".

Universitetin məşhur məzunları 

  Aleksandrina İnqrid II Marqret Danimarka kraliçası  
  Frederik Andre Henrik Xristian  Danimarkanın taclı şahzadəsi  
  Anders Foq Rasmussen  2009-cu ildən NATO-nun Baş katibi  
  Yıldız Akdoqan Danimarka siyasətçisi, 2007-ci ildən Parlamentin üzvü  
  Seren Qade  Danimarkanın sabiq müdafiə naziri  
  Oge Frandsen   Danimarka siyasətçisi, Parlamentin sabiq üzvü  
  Sven Oken siyasətçi, Sosial-Demokrat Partiyasının sabiq sədri  
  Naser Kader  2007-2009-cu illərdə Liberal İttifaqının (Danimarkada siyasi partiya) sədri  
  Yens Peter Bonde  jurnalist, yazıçı, siyasətçi, Avropa Parlamentinin sabiq üzvü  
  Yorgen Kristensen Dan Yorgensen 2004-cü ildən Avropa Parlamentinin üzvü  
  Toger Seydenfaden  "Politiken" gündəlik qəzetinin  baş redaktoru  
  Yens Xristian Skou  kimya üzrə Nobel mükafatı laureatı  
  Byern Straustrup danimarkalı alim, proqramlaşdırma dilinin ixtiraçısı  
  Dalgaqaard    məşhur Danimarka astronomu  
  Devid Qress  Danimarka-Amerika tarixçisi  
  Lene Hau  məşhur danimarkalı fizik  
  Con Frandsen danimarkalı bəstəkar, orqançı və dirijor  

                                                                              Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov