Ayrı-ayrı
ixtisaslar üzrə aspiranturada təhsil müddəti
artırılacaq. Rusiya Federasiyasının Dövlət
Duması ötən ilin noyabrında bu barədə müvafiq
qanun layihəsini ilk oxunuşda qəbul edib.
"Ali
təhsil və ali məktəbdənsonrakı peşə-ixtisas
təhsili" haqqında Federal Qanunun 11-ci
maddəsinə dəyişiklik ediləcək. Dövlət Dumasından
bildirmişlər ki, bu addım, mühəndis-texniki və
təbiət elmləri profilli mütəxəssislərin
tədqiqatlarına dəstək göstərilməsinə yönəlib.
Məhz bu istiqamətlər bu gün bir çox ali
məktəblər üçün aparıcı və prioritet hesab
olunur. Ölkənin modernləşdirilməsi texnoloji
sıçrayışla birbaşa bağlıdır ki, bu da gənc
alimlər üçün zəruri şəraitin yaradılması
sayəsində mümkün ola bilər.
Ayrı-ayrı
ixtisaslar üzrə aspiranturada təhsil müddətini
bir il artırmaq təklif olunur: əyani təhsil
forması üzrə 4 ilədək, qiyabi təhsil formasında
isə 5 ilədək. Bəzi ixtisaslar üzrə
aspiranturada təhsil müddətinin artırılması ilə
qarşıya aspirantların hazırlanmasının
səmərəliliyini və dissertasiya tədqiqatlarının
keyfiyyətini daha da yüksəltmək vəzifəsi
qoyulur.
Belə hesab
edirlər ki, hazırda texniki və təbiət elmləri
sahələrində tədqiqatlar üzərində işləyən
aspirantların kifayət qədər yüksək faizi onlara
ayrılan 3 il ərzində bu işlərin öhdəsindən gələ
bilmirlər. Ona görə də aspiranturada təhsil
müddəti başa çatdıqdan sonra çoxu dissertasiya
müdafiə etməyib, tədqiqat işlərini atır. Ali
məktəblərdə elmi dərəcəsiz işləmək isə status və
əməkhaqqını itirmək olduğundan perspektivli gənc
alimlər digər sahələrə gedirlər. Lakin onlar
dissertasiyalarını müdafiə edərlərsə böyük
ehtimalla ali məktəblərdə qalar və elmi
fəaliyyətlərini davam etdirərlər.
"Uçitelskaya qazeta"dan hazırladı:
Yusif ƏLİYEV |