Xocalı
soyqırımının on doqquzuncu ildönümünün təhsil
müəssisələrində qeyd olunması məqsədilə
ƏMR EDİRƏM:
1. Xocalı
soyqırımının on doqquzuncu ildönümünün
keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin
tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR
təhsil naziri, şəhər, rayon təhsil idarələrinin,
şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər və
görülmüş işlər haqqında 5 gün müddətində
nazirliyə məlumat versinlər.
3.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
təmin etsin.
4. Ümumi şöbə
(H.Məmmədova) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin
icrasına nəzarət nazir müavini E.Qasımova həvalə
edilsin.
Əsas:
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası Rəhbərinin 11 nömrəli, 1 fevral
2011-ci il tarixli Sərəncamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2011-ci il |