Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

132-134 nömrəli Təhsil Kompleksində "Təbiətdən ilmələrə" mövzusunda tədbir keçirilib

 

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "EkoMədəniyyət" Mərkəzi ilə birgə 15 Aprel - Ümumdünya Gənclərin Ekologiyaya Xidmət Gününə həsr olunmuş "Təbiətdən ilmələrə" mövzusunda tədbir keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən təhsil kompleksinin direktoru Sara Xanlarova hazırda dünyanın diqqət mərkəzində olan ekoloji problemlərdən danışmış, tədbirin əhəmiyyətini vurğulamışdır.

Bildirmişdir ki, 15 Aprel - Ümumdünya Gənclərin Ekologiyaya Xidmət Günü 1988-ci ildən dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Gənclərə və uşaqlara ətraf mühitə xidmətin mənasını aşılayan bu kampaniya təbiətin mühafizəsi, ekoloji tarazlığın bərpası, təbii ehtiyatlardan səmərəli istifadəyə dair ekoloji maarifləndirmə işinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir.

Kompleksin biologiya müəllimi Xanım Muradova Prezident İlham Əliyevin ölkəmizdə ekoloji tarazlığın bərpasına yönəlmiş fərman və sərəncamları, "Ekologiya ili"nin yekunları və "Adama bir ağac əkək" kampaniyası barədə ətraflı məlumat vermişdir.

Beynəlxalq ekspert, Azərbaycan Turizm İnstitutunun müəllimi Gila Altmann şagirdlər qarşısında "Azərbaycanın ekoloji marşrutları" mövzusunda məruzə ilə çıxış etmişdir.

Azərbaycanın ekoloji problemləri barədə məlumat verən Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, ekoloq-ekspert Lətifə Hüseynova "EkoMədəniyyət" Mərkəzinin yuxarı sinif şagirdləri arasında biomüxtəlifliyə, "Qırmızı kitab"a daxil edilmiş flora və fauna növlərinə həsr olunmuş esse və təqdimatlar müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim etmişdir.

Tədbirdə mövzu ilə bağlı videoçarx, slaydlar təqdim olunmuş, həmçinin şagirdlərin ifasında "Əlbir olaq" musiqili-ekoloji tamaşa göstərilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov