Azərbaycan Respublikası Təhsil Nazirliyi
2011-2012-ci tədris ilində Azərbaycan
Respublikası Prezidentinin 16 aprel 2007-ci il
tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində təhsil almaq məqsədilə
xarici ölkələrin ali məktəblərinə aşağıdakı
ixtisaslar üzrə qəbul olunanların sənəd qəbulunu
elan edir:
-
informasiya texnologiyaları;
-
mühəndislik;
-
neft sənayesi;
- tibb;
- riyaziyyat;
- fizika;
- biologiya;
- kimya;
- ekologiya;
- kənd təsərrüfatı;
- turizm;
- mühasibat uçotu.
Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı
dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq
Sərəncamları ilə təsdiq edilmiş "Xarici
ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin
seçim Qaydaları"na və "Azərbaycan gənclərinin
xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali
təhsil müəssisələrinin siyahısı"na uyğun olaraq
xarici ölkələrin ali məktəblərində təhsil alan
və ya təhsil almağa dəvət (şərtsiz) almış
Azərbaycan Respublikası vətəndaşları iştirak edə
bilər.
I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə
müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər
təqdim olunmalıdır:
1. Elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. 2011-2012-ci dərs ilində xarici ali təhsil
müəssisələrinə qəbul olunanlar üçün qəbul
haqqında müvafiq sənədin notariat qaydada
tərcümə və təsdiq edilmiş surəti və
ümumi orta təhsil haqqında* və ya orta ixtisas
təhsili haqqında notariat qaydada təsdiq edilmiş
sənədin surəti;
3. Hazırda xarici ali təhsil müəssisəsində
təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil
almaq barədə təsdiqlənmiş sənədin və
transkriptin (fənlər üzrə akademik göstəricilər)
notariat qaydada tərcümə və təsdiq edilmiş
surətləri;
4. Ölkənin ali təhsil müəssisələrinin bakalavr
səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu
üzrə aparılan test imtahanında göstərdiyi
nəticələri təsdiq edən sənəd, təhsil aldığı ali
məktəb tərəfindən verilmiş arayış və transkript
(fənlər üzrə akademik göstəricilər);
5. Tələb olunan tədris dili imtahanının (TOEFL,
IELTS və s.) və digər imtahanların verilməsi
üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat
qaydada təsdiq edilmiş surəti (mövcud olduğu
halda);
6.Bitirdiyi ümumi orta və ya orta ixtisas
təhsili və ya hazırda təhsil aldığı ali təhsil
müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş
tövsiyə məktubları (2 ədəd);
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və
digər bu kimi sənədlərin surətləri (mövcud
olduğu halda);
8. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli
tibbi arayış);
9. Tərcümeyi-hal (CV);
10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
11. Şəxsiyyət vəsiqəsinin surəti;
12. Ümumvətəndaş pasportunun surəti.
*Qeyd. 2010-2011-ci dərs ilində orta məktəbi
bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat)
aldıqdan sonra müraciət edə bilərlər.
II. Magistratura, ordinatura, aspirantura,
elmlər namizədi, rezidentura və elmlər doktoru
dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə
iştirak etmək üçün aşağıdakı sənədlər təqdim
olunmalıdır:
1. Elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. 2011-2012-ci dərs ilində xarici ali təhsil
müəssisələrinə qəbul olunanlar üçün qəbul
haqqında müvafiq sənədin notariat qaydada
tərcümə və təsdiq edilmiş surəti;
3. Hazırda xarici ali təhsil müəssisəsində
təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil
almaq barədə təsdiqlənmiş sənədin və
transkriptin (fənlər üzrə akademik göstəricilər)
notariat qaydada tərcümə və təsdiq
edilmiş surətləri;
4. Ölkənin ali təhsil müəssisələrinin
magistratura və digər səviyyələrində təhsil
alanlar üçün təhsil aldığı ali məktəb tərəfindən
verilmiş arayış və transkript (fənlər üzrə
akademik göstəricilər);
5. İşlədiyi müəssisədən və ya təhsil aldığı ali
məktəbdən 2 ədəd tövsiyə məktubları (xaricdə
təhsil alan və ya işləyənlər üçün - notariat
qaydada tərcümə və təsdiq edilmiş surətləri);
6. Notariat qaydada təsdiq edilmiş ali təhsil
haqqında bakalavr, magistr və ya elmlər namizədi
diplomlarının əlavələrlə birlikdə surətləri (xaricdə
təhsilini başa vuranlar üçün - notariat qaydada
tərcümə və təsdiq edilmiş surətləri);
7. Tələb olunan tədris dili imtahanının (TOEFL,
IELTS və s.) və digər imtahanların verilməsi
üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat
qaydada təsdiq edilmiş surəti (mövcud olduğu
halda);
8. Digər təhsil müəssisələrində, kurslarda,
ordinatura, aspirantura və
magistraturada oxumağı təsdiqləyən sənədlərin
notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə
təhsilini başa vuranlar üçün - notariat qaydada
tərcümə və təsdiq edilmiş surətləri);
9. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli
tibbi arayış);
10. Elmlər namizədi və ya elmlər doktoru
dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq
istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə
olaraq tədris və tədqiqat işinə dair ümumi
məlumat, həmçinin məqalə, tezis, monoqrafiya,
digər elmi nəşrlər və tədris-metodiki işlərin
siyahısı;
11. Tərcümeyi-hal (CV);
12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
13. Şəxsiyyət vəsiqəsinin surəti;
14. Ümumvətəndaş pasportunun surəti.
Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün
müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı
olan namizəd müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ aldığını təsdiq edən
sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi
biletin notariat qaydada təsdiq olunmuş surətini
təqdim etməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər Təhsil
Nazirliyinin müvafiq veb saytlarında (http://www.edu.gov.az,
http://xaricdetehsil.edu.gov.az)
yerləşdirilmiş elanın mətnində verilmiş link
vasitəsi ilə elektron ərizə formasını doldurub,
çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə
Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq
etdirməlidirlər.
Müraciətlərin təsdiqi, elektron ərizə
doldurularkən ərizəçilər tərəfindən seçilmiş
qəbul vaxtlarında Təhsil Nazirliyində həyata
keçirilir.
Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər
geri qaytarılmır.
Müraciət üçün son müddət 20 avqust 2011-ci il.
Əlaqə telefonları: 496-91-13; 496-33-11;
496-34-00 (daxili: 164; 260; 179) |