1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi
(əyani və qiyabi), təhsil Azərbaycan dilindədir
2. Xarici dil (ingilis, fransız) müəllimliyi
(əyani), təhsil Azərbaycan dilindədir
3. Tarix müəllimliyi (əyani və qiyabi), təhsil
Azərbaycan və rus dillərindədir
4. Tarix və coğrafiya müəllimliyi (əyani),
təhsil Azərbaycan dilindədir
5. Kimya müəllimliyi (əyani), təhsil Azərbaycan
dilindədir
6. Kimya və biologiya müəllimliyi (əyani),
təhsil Azərbaycan dilindədir
7. Biologiya müəllimliyi (əyani və qiyabi),
təhsil Azərbaycan və rus dillərindədir
8. Riyaziyyat müəllimliyi (əyani və qiyabi),
təhsil Azərbaycan və rus dillərindədir
9. Riyaziyyat və informatika müəllimliyi
(əyani), təhsil Azərbaycan dilindədir
10. İnformatika müəllimliyi (əyani), təhsil
Azərbaycan dilindədir
11. Fizika müəllimliyi (əyani), təhsil
Azərbaycan dilindədir
12. Təhsildə sosial-psixoloji xidmət (əyani),
təhsil Azərbaycan dilindədir
13. Korreksiyaedici təlim (əyani), təhsil
Azərbaycan dilindədir),
14. Məktəbəqədər təlim və tərbiyə (əyani və
qiyabi), təhsil Azərbaycan dilindədir
15. İbtidai sinif müəllimliyi (əyani və
qiyabi), təhsil Azərbaycan və rus dillərindədir
16. Coğrafiya müəllimliyi (əyani və qiyabi),
təhsil Azərbaycan dilindədir
17. Musiqi müəllimliyi (əyani), təhsil
Azərbaycan dilindədir
18. Təsviri incəsənət müəllimliyi (əyani),
təhsil Azərbaycan dilindədir
19. Texnologiya müəllimliyi (əyani və qiyabi),
təhsil Azərbaycan dilindədir
20. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq
müəllimliyi (əyani), təhsil Azərbaycan
dilindədir
21. Menecment (təhsilin təşkili və idarə
olunması) (əyani), təhsil Azərbaycan dilindədir
22. Ekologiya (əyani), təhsil Azərbaycan
dilindədir
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və
ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət
Pedaqoji Universiteti arasında bağlanmış fərdi
müqavilələr əsasında həyata keçirilir. Əvvəlki
ali təhsili və ya hazırda (bir ildən az
olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa
uyğun gələn şəxslər "Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı istiqaməti
üzrə təhsil almış şəxslərə müvafiq sənədin
verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə
iştirak edə bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər :
-
rektorun adına ərizə;
-
ali təhsil haqqında sənədin, diplomun surəti
(notarial qaydada təsdiq olunmuş) və qiymət
kitabçasından çıxarış (diploma əlavə) (saatların
miqdarı göstərilməklə);
-
əmək kitabçasının surəti;
-
işlədiyi müəssisə, təşkilat və idarələrdən
göndərilənlər üçün göndəriş, zəmanət;
-
3x4 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
-
sağlamlıq haqqında arayış;
-
şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada
təsdiq olunmuş );
-
təhsil haqqını ödəmək haqqında öhdəlik
müqaviləsi.
Sənədlər 2011-ci ilin avqustun 20-dən
sentyabrın 5-dək (istirahət günlərindən başqa)
saat 10.00-dan 13.00-dək ADPU-nun əsas binasında
(II mərtəbə, tədris-metodika şöbəsi, otaq 208)
qəbul edilir.
Təkrar ali təhsil (II təhsil) almaq üçün
universitetə sənəd vermiş şəxslərlə müsahibə
aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə
yolu ilə təkrar təhsil ixtisası üzrə tələbələr
sırasına qəbul edilirlər. Birinci aldığı
təhsilin təkrar ali təhsil ixtisasına
uyğunluğundan asılı olaraq qəbul olunduğu kurs
müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil
(II təhsil) almaq üçün Azərbaycan Respublikası
Təhsil Nazirliyində müvafiq proseduru keçməklə
şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə
əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq
ödənilir.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 34
Telefon:
(+994 12) 493-15-96
REKTORLUQ |