Liseyə daxil olmaq istəyənlər direktorun adına
yazılmış ərizəyə aşağıdakı sənədləri əlavə
etməlidirlər:
1. VIII-IX siniflərə qəbul olmaq istəyənlər
müvafiq olaraq VII-VIII sinifləri bitirmək
haqqında bilik qiymətləri cədvəli.
2. X sinfə qəbul olmaq istəyənlər IX sinfi
bitirmək haqqında şəhadətnamənin əslini.
3. Yaşayış yerindən arayış (ailə tərkibi
göstərilməklə).
4. Sağlamlıq haqqında tibbi arayış (forma -
086/U).
5. Doğum haqqında şəhadətnamənin surəti.
6. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Sənədlər avqustun 1-dək (istirahət günlərindən
başqa) hər gün saat 9.00-dan 16.00-dək liseydə
qəbul edilir.
Qəbul imtahanları avqustun I həftəsindədir.
Şagirdlər dövlət hesabına yataqxana və isti
yeməklə təmin olunurlar.
Ünvan:
Bakı şəhəri, 8-ci km qəsəbəsi, Ş.Mirzəyev küçəsi,
53.
Telefonlar:
323-77-95; 323-78-42
Liseyə metronun "Q.Qarayev" stansiyasından
gəlmək olar.
DİREKTORLUQ |