Məktəbin birinci siniflərinə görmə qabiliyyəti
0,05-dən 0,3-ə qədər və ondan yuxarı olan,
habelə görmə qabiliyyətini itirmiş 7-10 yaşlı
uşaqlar qəbul olunurlar.
Məktəb həmçinin ümumtəhsil məktəblərində oxuduğu
müddətdə görmə qabiliyyəti zəifləmiş uşaqları da
müvafiq siniflərə qəbul edir.
Məktəbdə şagirdlərə ümumi təhsillə yanaşı,
musiqi və peşə ixtisasları da verilir.
Məktəb tam müasir avadanlıqlarla təchiz olunmuş,
müasir tələblərə cavab verən hər növ musiqi
alətləri şagirdlərin istifadəsinə verilmişdir.
Şagirdlər tam dövlət hesabına yataqxana, paltar
və gündə 4 dəfə yeməklə təmin olunurlar.
Bundan əlavə, ayda hər uşağa 20 manat müalicə
üçün pul verilir.
Məktəbin Azərbaycan və rus bölmələri var.
Məktəbə daxil olmaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
-
direktorun adına ərizə;
-
uşağın fərdi vərəqəsi (tibbi sənəd);
-
doğum haqqında şəhadətnamənin əsli;
-
görmə qabiliyyətinə dair arayış;
-
valideynin iş yerindən və yaşayış yerindən
arayış;
-
ailə tərkibi haqqında arayış;
-
valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;
-
3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.
Ərizələr sentyabrın 10-dək qəbul olunur.
Dərslər sentyabrın 15-dən başlanır.
Məktəbin ünvanı:
Bakı şəhəri, Fətəli xan Xoyski prospekti, 97.
Telefonlar:
564-25-27; 564-72-61
Məktəbə 4, 10, 26, 27, 106, 125, 169, 267, 338
nömrəli avtobuslarla və metronun "Gənclik"
stansiyasından gəlmək olar.
DİREKTORLUQ
|