1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi (əyani
və qiyabi), təhsil Azərbaycan dilindədir.
2. Riyaziyyat və informatika müəllimliyi (əyani
və qiyabi), təhsil Azərbaycan dilindədir.
3. İbtidai sinif müəllimliyi (əyani və qiyabi),
təhsil Azərbaycan dilindədir.
4. Məktəbəqədər təlim və tərbiyə müəllimliyi (əyani
və qiyabi), təhsil Azərbaycan dilindədir.
5. Psixologiya ixtisası üzrə (əyani və qiyabi),
təhsil Azərbaycan dilindədir.
Təkrar ali təhsil almaq müəssisə, təşkilat,
idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan
Müəllimlər İnstitutu arasında bağlanmış fərdi
müqavilələr əsasında həyata keçirilir. Əvvəlki
ali təhsili və ya hazırda işlədiyi vəzifəsi
seçdiyi ixtisasa uyğun gələn şəxslər Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 06 sentyabr
2010-cu il tarixli 163 nömrəli qərarına əsasən "Əlavə
təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər
hansı istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi Qaydası"na uyğun
olaraq müsabiqədə iştirak edə bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial
qaydada təsdiq olunmuş) və qiymət kitabçasından
çıxarış (diploma əlavə, saatların miqdarı
göstərilməklə);
- əmək kitabçasının surəti;
- işlədiyi müəssisə, təşkilat və idarələrdən
göndərilənlər üçün göndəriş, zəmanət;
- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada
təsdiq olunmuş);
- təhsil haqqını ödəmək haqqında öhdəlik
müqaviləsi.
Sənədlər 2011-ci il avqustun 20-dən sentyabrın
5-dək (istirahət günlərindən başqa) saat
10.00-dan 16.00-dək Azərbaycan Müəllimlər
İnstitutunun ( VIII mərtəbə, otaq 810) qəbul
edilir.
Təkrar ali təhsil almaq üçün instituta sənəd
vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən
uğurla keçənlər müsabiqə yolu ilə təkrar ali
təhsil ixtisası üzrə tələbələr sırasına qəbul
edilirlər. Birinci aldığı təhsilin ikinci ali
təhsil ixtisasına uyğunluğundan asılı olaraq
qəbul olunduğu kurs müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil
almaq üçün Azərbaycan Respublikası Təhsil
Nazirliyində müvafiq proseduru keçməklə
şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə
əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq
ödənilir.
Ünvan:
AZ 110, Bakı şəhəri, akademik Həsən Əliyev
küçəsi, 104.
Əlaqə telefonu:
465-29-76
REKTORLUQ |