Respublika İncəsənət Gimnaziyasına cari il
sentyabrın 15-nə qədər 6 yaşı tamam olan
incəsənətin müxtəlif növləri üzrə qabiliyyətli
və istedadlı uşaqlar müsabiqə yolu ilə qəbul
edilir. Təhsil Azərbaycan və rus dillərindədir.
I
siniflərə aşağıda qeyd olunan ixtisaslar üzrə
qəbul aparılır.
1. Musiqi şöbəsi:
A) Azərbaycan xalq çalğı alətləri bölməsi üzrə -
kamança, saz, kanon, nağara, xanəndə və milli
nəfəs alətləri ixtisasları;
B) Fortepiano bölməsi üzrə - fortepiano
ixtisası;
C) Simli alətlər bölməsi üzrə - skripka, alt,
violonçel ixtisasları;
D) Nəfəsli alətlər bölməsi üzrə - fleyta
ixtisası.
2. İncəsənət şöbəsi:
A) Təsviri və tətbiqi sənət bölməsi üzrə -
rəssamlıq ixtisası.
Ərizələrin qəbulu iyul ayının 18-dən iyul ayının
24-dək hər gün saat 11.00-dan 15.00-dək
gimnaziyanın II korpusunun I mərtəbəsində
aparılır.
Müsabiqə 25-29 iyul 2011-ci il tarixlərdə
keçirilir.
Müsabiqə iki mərhələdən ibarətdir:
I
mərhələ: uşağın intellektual səviyyəsinin
yoxlanılması (məntiq, diqqət, yaddaş, ümumi
dünyagörüşü və s.).
I
mərhələdən keçən uşaqlar II mərhələyə
buraxılırlar.
II mərhələ: uşağın musiqi və incəsənət üzrə
fitri istedadının yoxlanılması.
Hər iki mərhələdən keçən uşaqlar üçün aşağıda
qeyd edilən sənədləri təqdim etmək lazımdır:
1. Valideynin və yaxud onu əvəz edən şəxsin
direktorun adına ərizəsi.
2. Doğum haqqında şəhadətnamənin notariusda
təsdiq edilmiş surəti.
3. Uşağın sağlamlığını təsdiq edən tibbi arayış.
4. Valideynlərin iş yerindən arayış.
5. Yaşayış yerindən arayış.
6. 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil.
Ünvan:
Bakı şəhəri, Hüseyn Cavid prospekti, 506-cı
məhəllə.
Telefon:
539-01-38
MÜDİRİYYƏT |