Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - �28

 

Qanunun elan edilməsi və icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-İVQD nömrəli Qanununu elan edirəm:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə əsasən  

QƏRARA  ALIR: 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, �1, maddə 1, �3, maddə 131; 2002-ci il, �12, maddə 693; 2003-cü il, �1, maddə 16; 2004-cü il, �1, maddə 10, �4, maddə 199, �5, maddə 321, �8, maddə 597, �11, maddə 884; 2005-ci il, �6, maddələr 463, 475, �10, maddə 874; 2006-cı il, �5, maddə 386, �6, maddə 479, �8, maddə 657, �11, maddə 927, �12, maddələr 1005, 1014; 2007-ci il, �2, maddə 83, �5, maddələr 434, 436, �7, maddə 711, �10, maddə 934, �11, maddələr 1049, 1074, 1078, �12, maddələr 1213, 1219; 2008-ci il, �3, maddə 153, �5, maddələr 326, 341, �6, maddələr 471, 481, �7, maddə 602, �8, maddə 699, �10, maddə 881; 2009-cu il, �2, maddə 54, �5, maddə 311, �6, maddə 403, �10, maddə 771, �11, maddə 878, �12, maddə 964; 2010-cu il, �4, maddə 276; 2011-ci il, �3, maddə 165) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

"Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi

32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

32-1.3. İnzibati vəzifələrin birinci-dördüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

32-1.5. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

32-1.6. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:

32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;

32-1.8.2. elmi dərəcənin və ya elmi adın olması;

32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;

32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.

2. 33.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 33.1.12-ci maddə əlavə edilsin:

"33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.". 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il. ¹ 126-İVQD"

 

Qanunun icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli Qanunu rəhbərlik və icra üçün qəbul edilsin.

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Hüquq sektoru (E.Həsənov):

2.1.Qanunun 32-1.1-ci maddəsinə uyğun olaraq Təhsil Nazirliyinin Mərkəzi aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.

2.2.Qanunun 32-1.8-ci maddəsində nəzərdə tutulmuş meyarlar nəzərə alınmaqla yerli təhsili idarəetmə orqanlarının təklifləri əsasında Qanunun 32-1.2, 32-1.4, 32-1.5, 32-1.6 və 32-1.7-ci maddələrinə əsasən 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təklifləri hazırlayıb təqdim etsinlər.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

3.1.Qanunun 32-1.8-ci maddəsi ilə müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş 65 və ondan yuxarı yaş həddində olan dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflərini hazırlayıb 10 gün ərzində nazirliyə təqdim etsinlər.

3.2.Sonrakı mərhələlərdə 65 yaş həddinə çatmış, habelə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin təkrar uzadılması ilə bağlı təkliflərini 1 ay əvvəldən hazırlayıb nazirliyə təqdim etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov