Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 İyul 2011 - �28

 

"Məhəmmədhüseyn Şəhriyarın sənət dünyası" mövzusunda beynəlxalq elmi konfrans

 

Naxçıvan  Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət mərkəzi ilə birlikdə böyük Azərbaycan - İran şairi  Seyid Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş lMəhəmmədhüseyn Şəhriyarın sənət dünyası� mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Ali məktəbin rektoru, akademik İsa Həbibbəyli  qonaqları salamlayaraq konfransın keçirilməsində məqsədin iki qonşu ölkə arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin möhkəmləndirilməsindən ibarət olduğunu bildirdi. Qeyd olundu ki, şeiri həyatın ən böyük möcüzəsi adlandıran �Şərq dünyasının  hafizi� - Şəhriyar  öz möhtəşəm poeziyası ilə sərhədsiz söz dünyamızın mənəvi bütövlüyünün daha möhkəm, daha əzəmətli olmasına əvəzsiz xidmətlər göstərmiş, Yaxın Şərq ədəbiyyatını təravətli obraz və ifadə vasitələrilə zənginləşdirmiş, dünya poeziyasına �Heydərbabaya salam� kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli konfransın əhəmiyyətini vurğulayaraq Şəhriyarın yazdığı bütün üslublarda yalnız bir mövzunun - Vətənin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək mövzusunun üstünlük təşkil etdiyini və hansı dildə yazmasından asılı olmayaraq həmişə vicdanın səsinə qulaq asan, başından keçən fikirləri səmimiyyətlə əks etdirən dahi bir sənətkar olduğunu dedi.

Sonra məruzələr dinlənildi. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hüseyn Həşimlinin �Şəhriyar şeirlərinin janr xüsusiyyətləri�, Təbriz Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya elmləri doktoru, dosent Əbülfəz Əli Mühəmmədinin �Şəhriyarın ədəbi məktəbi�, Naxçıvan Dövlət Universitetinin �Qeyrət� nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədovun �Ustad Şəhriyara ithaf olunan şeir və nəzirələr�, Urmiya Universitetinin rektoru, filologiya elmləri doktoru, professor  Məhbub Taleyinin �Ustad Şəhriyarın sözlərində nöqtələr, dəyərlər və irfaniyyə�, Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimlinin �Azərbaycan poeziyasında Şəhriyar mövzusu� adlı məruzələri dinlənildi. Urmiya Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mənsur Şükrinin, həmin kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Müzəffər Xudavəndigar Muğanın, Ərdəbil Universitetinin Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsgər Şahinin  ifasında Şəhriyara həsr olunmuş şeirlərinin bədii qiraəti səsləndi, İran Mədəniyyət şöbəsinin müdiri Əli Əkbər Talehi Mətinin çıxışı oldu. Sonda xatirə hədiyyələri təqdim olundu.

Konfrans öz işini  İran İslam Respublikasının Poldəşt şəhərində davam etdirdi. Naxçıvan nümayəndə heyəti ustad Şəhriyarın Poldəşt şəhərindəki heykəlini ziyarət edərək əklil qoydu. Sonra şəhərlə  tanışlıq oldu.    

Nərmin CƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov