2011-2012-ci tədris ilində təkrar orta ixtisas
təhsili (II təhsil) almaq üçün aşağıdakı
ixtisaslar üzrə əyani və qiyabi şöbələrə tələbə
qəbulu elan edir:
1. 040101 - Fiziki tərbiyə müəllimliyi (ümumi
orta təhsil bazası üçün)
2. 040102 - Texnologiya müəllimliyi
3. 040103 - Peşə təlimi (mühasibat uçotu,
nəqliyyatda daşımaların təşkili)
4. 040105 - İnformatika müəllimliyi (ümumi orta
təhsil bazası üçün)
5. 040106 - Təsviri incəsənət müəllimliyi
6. 040107 - İbtidai sinif müəllimliyi
7. 040530 - Yol hərəkətinin təşkili
8. 040507 - Geyimlərin modelləşdirilməsi və
konstruksiya edilməsi.
Əlavə orta ixtisas təhsili almaq üçün əvvəlki
ali və orta ixtisas təhsili və ya hazırda (bir
ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi
ixtisasa uyğun gələn şəxslər qəbul oluna
bilərlər.
Əlavə orta ixtisas təhsili almaq istəyənlər
aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Direktorun adına ərizə;
2.Orta ixtisas haqqında diplomun və qiymətlər
cədvəlinin surəti (notarial qaydada təsdiq
olunmuş);
3. Əmək kitabçasının surəti;
4. Sağlamlıq haqqında arayış;
5. 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
6. Şəxsiyyət vəsiqəsinin surəti.
Sənədlər 25 avqust 2011-ci il tarixə qədər qəbul
olunur.
Ünvan:
Sabunçu qəsəbəsi, Yusif Qasımov küç., 41.
Əlaqə telefonları:
450-20-69; 450-21-28; 450-17-42; 450-23-88.
Kollecə metronun "Əzizbəyov" stansiyasından "Binə"
hava limanı (aeroport) istiqamətində bütün
nəqliyyat vasitələri ilə "Komsomol" dairəsi
dayanacağına qədər gəlmək olar.
DİREKTORLUQ |