1. İngilis dili üzrə tərcümə baza təhsilli
mütəxəssislər üçün pedaqoji ixtisas;
2. Texnikum və kollecləri bitirən ibtidai
siniflərdə xarici dil mütəxəssisləri üçün
ingilis dili üzrə pedaqoji ixtisas.
Fakültəyə qəbul olmaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- diplomun surəti;
- diploma əlavənin surəti;
- əmək kitabçasının müəssisə rəhbəri tərəfindən
təsdiq olunmuş surəti (işləyənlər üçün);
- təhsilini bu il başa vuranlar üçün azad
təyinat haqqında sənəd;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti.
Təhsil forması:
əyani və axşam.
Təhsil ödənişlidir.
Sənədlər 2011-ci il iyulun 20-dən sentyabrın
10-dək (Ünvan: Təbriz küçəsi, 49, III
mərtəbə, 308-ci otaq) qəbul edilir.
Fakültəyə qəbul üçün müsahibə sentyabrın 20-dən
25-dək həmin ünvanda aparılacaq.
Təhsil müddəti 10 aydır.
Fakültənin məzunlarına aldıqları ixtisaslar üzrə
işləmək hüququ verən vahid formalı dövlət sənədi
(diplom) verilir.
Dərslər oktyabrın 1-dən başlanır.
Əlavə məlumat almaq üçün hər gün (bazar günündən
başqa) saat 10:00-dan 17:00-dək göstərilən
ünvana müraciət etmək olar.
Əlaqə telefonları: 564-22-48; (050) 343-29-35
REKTORLUQ |