1. Azərbaycan dili və ədəbiyyat
2. Riyaziyyat və informatika
3. Məktəbəqədər təlim və tərbiyə
4. Məktəb psixoloqu
Yenidənhazırlanma təhsilinə qəbul olmaq üçün
aşağıdakı sənədlər təqdim edilir:
1. Rektorun adına ərizə
2. Təhsil haqqında sənədin (diplomun) əsli və
surəti
3. Əmək kitabçasının müəssisə rəhbəri tərəfindən
təsdiq edilmiş surəti
4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə, rəngli)
5. Şəxsiyyət vəsiqəsinin surəti
Sənədlərin qəbulu Azərbaycan Respublikası təhsil
nazirinin 04 oktyabr 2010-cu il tarixli 1297
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və
əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"
haqqında 6 sentyabr 2010-cu il tarixli 163
nömrəli qərarı elan edən əmri əsasında
aparılır.
Təhsil müddəti 8 aydır.
Sənədlər Azərbaycan Müəllimlər İnstitutunda
2011-ci il avqustun 2-dən sentyabrın sonunadək (bazar
günlərindən başqa) hər gün saat 9.00-dan
18.00-dək qəbul olunur.
Dərslər oktyabrın 24-də başlanır.
Ünvan:
AZ/110, Bakı şəhəri, akademik Həsən Əliyev
küçəsi, 104.
Əlaqə telefonları:
564-01-75; 465-29-76
REKTORLUQ |