Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - �31

 

Azərbaycanın təhsil nazirləri

Müseyib Əli oğlu Şahbazov

 

Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Mahaçqala şəhərində anadan olub.  İlk təhsilini kənd məktəbində alan Müseyib atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirib. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq onda ictimai işlərə maraq yaradıb.

"İşıq" dərnəyində inqilabi fəaliyyətlə maraqlanıb, Marks və Engelsin nəzəri fikirləri ilə tanış olub, 1917-ci il Fevral inqilabından sonra "Hümmət" təşkilatı ilə sıx əlaqə saxlayıb, kəndlilər, ordudan tərxis olunan əsgərlər arasında təbliğat aparıb. Dərbənddə realnı məktəbini bitirərək Həştərxana qayıdıb, Rusiya Kommunist (bolşevik) Partiyası sıralarına daxil olub.

Siyasi işçilər hazırlayan kursu bitirən Müseyib Şahbazov xüsusi tapşırıqlarla XIII orduya göndərilib. O, Xarkov quberniyasında kənd inqilab komitələri və partiya özəklərinin fəaliyyətinin möhkəmləndirilməsində bilik və bacarığını əsirgəməyib.

Həştərxana qayıtdıqdan sonra onu Bakıya göndəriblər. XI ordunun tərkibində Azərbaycana gələn Müseyib Şahbazov, sonradan RK(b)P Dağıstan Vilayət Komitəsinin sərəncamına göndərilib, Cənubi Dağıstan üzrə məsul büro katibi kimi işə başlayıb. 1920-ci ilin noyabrında Qaytaq-Tabasaran mahal komitəsinin məsul katibi vəzifəsində işə başlayıb.

Prinsipial və genişqəlbli xüsusiyyəti ilə fərqlənən Müseyib Şahbazov 1921-ci ilin aprel ayında Azərbaycan K(b)P MK-nın xahişi ilə Bakıya göndərilib, Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, Kirovabad dairə Komitəsinin məsul katibi, ADU-nun rektoru vəzifələrində çalışıb. Sonradan o, Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləyib.

Moskvada Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirən Müseyib Şahbazov hərtərəfli hazırlığa malik bir ziyalı olaraq maarif və mədəniyyət məsələlərinə aid bir sıra kitab və məqalələr muəllifi kimi tanınıb.

O, "Yeni yol" qəzetinin redaktoru olarkən bu istiqamətdə fəaliyyətini daha da genişləndirib, tükənməz enerji ilə çalışıb.

AK(b)PMK üzvü, Azərbaycan MİK və Zaqafqaziya MİK-in üzvü seçilən Müseyib Şahbazov ÜİK(b)P XIV qurultayının nümayəndəsi olub, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına və Maarif İşçiləri Həmkarlar İttifaqı MK-ya üzv seçilib, 1936-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub.

1935-1936-cı illərdə Azərbaycanın xalq maarifi komissarı işləmiş Müseyib Şahbazov latın əlifbasına keçməyin əhəmiyyəti mövzusunda məqalələrlə çıxış edib, xalq maarifinin inkişafı məsələlərinə geniş yer verib.

Dövrünün tanınmış publisistlərindən olan Müseyib Şahbazov yeni insan tərbiyəsi məsələsinə xüsusi diqqət yetirib, bu baxımdan maarif orqanlarının vəzifələrini açıqlayıb.

Xalq maarifi komissarı işlədiyi iki il ərzində sələfləri olan xalq maarifi komissarlarının başladıqları işləri davam etdirərək ümumtəhsil məktəb şəbəkəsinin genişləndirilməsi, tədris müəssisələrinin pedaqoji kadrlarla təmin olunması, təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində xeyli iş görməyə müvəffəq olub.

Müseyib Şahbazov 1937-ci ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov