IX sinfi bitirənlər üçün - ümumi orta təhsil
bazasında (təhsil müddəti 3 il olmaqla)
Təmirçi, çilingər - qaynaqçı;
İnşaatda tamamlama işləri üzrə usta;
Kompüter texnikasının sazlayıcısı;
Mühasib - fərdi kompüter operatoru;
Aşpaz, qənnadıcı, şirniyyatçı;
Satıcı-nəzarətçi, kassir.
XI sinfi bitirənlər üçün - tam orta təhsil
bazasında (təhsil müddəti 1 il olmaqla)
Avtomobillərin təmiri üzrə çilingər;
Əməliyyatçı - mühasib;
Aşpaz, qənnadıcı, şirniyyatçı;
Kompüter texnikasının sazlayıcısı;
Mühasib - fərdi kompüter operatoru.
Liseyə tələbə qəbulu Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş
qaydalar əsasında aparılır.
IX sinfi bitirənlər peşə ixtisası ilə yanaşı,
tam orta təhsil də alırlar.
Dövlət büdcəsi üzrə təhsil alanlara hər ay 30
manat həcmində təqaüd verilir. Liseydə Tələbə
Parlamenti fəaliyyət göstərir. Tədris müəssisəsi
əsaslı təmirdən sonra ən müasir texnika və
avadanlıqlarla tam təchiz olunmuşdur.
Liseyə qəbul üçün aşağıdakı sənədlər təqdim
olunmalıdır:
-
Direktorun adına ərizə;
-
Təhsil haqqında sənədin əsli;
-
Yaşayış yerindən arayış;
-
Sağlamlıq haqqında standart formalı tibbi
arayış;
-
Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında
şəhadətnamənin surətləri;
-
Fotoşəkil (3x4 sm) - 4 ədəd.
Dərslər sentyabrın 15-dən başlanır.
Ünvan: Bakı şəhəri, 1130, 8-ci mikrorayon,
Heydər Hüseynov küç., 17A. (keçmiş Mədəni-Maarif
Texnikumunun yanı, "Azadlıq" metro stansiyasının
yaxınlığı).
Liseyə "Gənclik" metro stansiyasından 26, 122,
43, 41, 10, 189 nömrəli avtobuslarla gəlmək
olar.
Əlaqə telefonu:
(012) 408-13-90
DİREKTORLUQ |