Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - �32

 

Dünya universitetləri

 

Sent-Endryus Universiteti

 
  Yerləşir: Böyük Britaniya, Şotlandiya, Sent-Endryus şəhəri  
Yaranma tarixi: 1410-cu il
Tipi: Dövlət
İşçi heyəti: 1804 nəfər
Tələbələrin ümumi sayı: 9000 nəfər
İanə fondunun gəlirləri: 35000000 funt-sterlinq
Rəsmi saytı: www.st-andrews.ac.uk
 

 

Sent-Endryus Universiteti (University of St Andrews) Şotlandiyanın Fayf vilayətinin Sent-Endryus şəhərində yerləşir. Şotlandiyanın birinci, Böyük Britaniyanın isə  üçüncü (Oksford və Kembric universitetlərindən sonra) ən qədim təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq cədvəlində Sent-Endryus Universiteti 100 ən yaxşı ali məktəb arasında Perdyu Universiteti ilə birgə 87-ci yeri tutub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Sent-Endryus Universiteti 103-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 95-ci yerdə qərarlaşıb.

Tarixi 

Orta əsrlərdə şotlandiyalı gənclər ali təhsil almaq üçün ölkədən kənara üz tutmalı olurdular. 1410-cu ildə Şotlandiyanın müstəqilliyi uğrunda İngiltərə və Şotlandiya arasında gedən müharibədən sonra şotlandiyalı tələbələr Oksford və Kembric universitetlərindən Parisə qovulmuşdular. Katolik kilsəsi bir-biri ilə rəqabət aparan iki papa arasında bölüşdürüldükdən sonra Fransa kardinalları papa IX Bonifatsini dəstəkləyir, Şotlandiya isə papa XIII Benediktə sadiq qalır. Bu zaman çətin vəziyyətə düşən şotlandiyalı tələbələr vətənə dönmək məcburiyyəti ilə üzləşirlər.

Artıq ali məktəb yaratmağın zamanı olduğunu anlayan şotlandiyalılar bu məqsəd üçün Sent-Endryus kilsəsini seçirlər. Beləliklə, 1410-cu ildə Parisdən qayıdan tələbələrin təşəbbüsü ilə Sent-Endryus kilsəsində ali məktəb açılır. 1411-ci ilin fevralında məktəb Sent-Endryus yepiskopu Henri Uordlou tərəfindən nizamnamə alır.

1413-cü ildə Avinyon papası XIII Benedikt məktəbə papa bullası və universitet statusu verir. Kral nizamnaməsi isə universitetə 1532-ci ildə verilib. Sent-Endryus Universiteti çox tez bir zamanda genişlənir. 1418-1430-cu illərdə universitetin Sent-Cons, 1450-ci ildə Sent-Salvator, 1511-ci ildə Sent-Leonard, 1537-ci ildə isə Sent-Mariya kollecləri yaradılır. Həmin dövrdə dərslərin əksəriyyəti dini xarakter daşıyırdı və kilsə ilə sıx bağlı idi. XVII-XIX əsrlərdə universitetdə böhran yaşanır və ixtisarlar aparılır, tələbə sayı xeyli azalır. Şotlandiyada yaşanan yoxsulluq da universitetin inkişafını ləngidən amillərdən biri idi. Belə ki, universitetə yardım edə biləcək xeyriyyəçilər olmadığı üçün ali məktəb inkişaf etmir. 

1747-ci ildə maliyyə problemi ilə üzləşən Sent-Leonard kolleci bağlanmaq məcburiyyətində qalır. Kollecin işçi heyəti və tələbələri Sent-Salvator Kollecinə köçürülür və sonradan bu kollec Sent-Salvator və Sent-Leonard Birləşmiş Kollecləri adlandırılır. XIX əsrdə də universitetdə vəziyyət yaxşılaşmır. Klassik dillər, ilahiyyat və fəlsəfə elmlərinin tədrisinə üstünlük verən universitetdə dəqiq elmlər, tibb, hüquq sahələri çox ləng inkişaf edir.

1897-ci ildə Sent-Endryus Universiteti yaxınlıqdakı Dandi Təhsil Mərkəzi ilə birləşir və bundan sonra universitet tibb və tətbiqi elmlərin inkişafı üzrə nailiyyətlər əldə edir. 1967-ci ildə isə Dandi Təhsil Mərkəzi Sent-Endryus Universitetindən ayrılaraq Dandi Universiteti kimi fəaliyyət göstərməyə başlayır.

1980-ci illərdə Sent-Endryus Universiteti geniş investisiya proqramı həyata keçirir və sürətlə inkişaf etməyə başlayır. 2009-cu ildə Şotlandiyada ilk dəfə olaraq Sent-Endryus Universitetində qadın (professor Luiza Riçardson) ali məktəbin direktoru, universitet Senatının sədri təyin olunur.

Sent-Endryus Universitetinin alimlərinin ali məktəbin rəsmi yaranma tarixi ilə bağlı mübahisələri hələ də davam etsə də, 2011-ci ilin fevralında universitet məşhur məzunu şahzadə Uilyamın iştirakı ilə yaranmasının 600 illiyini qeyd edib.   

Büdcəsi və təhsil haqqı 

2010-cu ildə Sent-Endryus Universitetinin İanə fondunun gəlirləri təxminən 35000000 funt-sterlinq olub.

2011-2012-ci tədris ilində Sent-Endryus Universitetində bakalavr səviyyəsində oxuyan yerli və Avropa Şurası ölkələrindən olan tələbələrin təhsil haqqı ildə 1820-2895 (tibb sahəsi üzrə), əcnəbi tələbələrin təhsil haqqı isə 13500-20550 (tibb sahəsi üzrə)  funt-sterlinq arasında dəyişir. Magistratura və doktorantura səviyyələrində təhsil alan yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələr üçün təhsil haqqı ildə 3732-8100, əcnəbi tələbələr üçün isə 12200-15250 funt-sterlinq təşkil edir.

Sent-Endryus Universitetində bakalavr səviyyəsində təhsil almaq üçün tələbəyə ildə 26930 funt-sterlinq (45780 ABŞ dolları) lazım gəlir. Həmin məbləğin 13500 funt-sterlinqi təhsil haqqı, 6500 funt-sterlinqi yataqxana, 1600 funt-sterlinqi nəqliyyat, 2000 funt-sterlinqi kompüter təchizatı və dərs ləvazimatları, 3330 funt-sterlinqi isə şəxsi xərclər üçün nəzərdə tutulub. Magistratura və doktorantura səviyyələrində oxuyan tələbəyə isə ildə 29700 funt-sterlinq (50490 ABŞ dolları) gərəkdir (14600 funt-sterlinq-təhsil haqqı, 7000 funt-sterlinq-yataqxana, 1600 funt-sterlinq-nəqliyyat, 2000 funt-sterlinq-kompüter təchizatı və dərs ləvazimatları, 4500 funt sterlinq-şəxsi xərclər). 

Universitet bu gün 

Sent-Endryus Şotlandiyanın Fayf vilayətinin şərq sahilində yerləşən universitet şəhəridir. 17000-ə yaxın əhalisi olan Sent-Endryus Fayf vilayətinin beşinci böyük şəhəridir.

Burada əhalinin çox faizini tələbələr təşkil edir. Şimal dənizinin sahilində yerləşən şəhər qədim tarixə və əsrarəngiz memarlıq nümunələrinə malikdir. Şəhərin qədim memarlıq abidələrindən 1158-ci ildə inşa edilmiş Kafedral kilsənin qalıqlarını, kilsənin yaxınlığındakı 1200-cü ilə aid qəsri, qədim dar küçələri, eləcə də Sent-Endryus Universitetinin binalarını göstərmək olar.

Sent-Endryus şəhəri qolfun vətəni hesab olunur. Şimal dənizinin sahili boyu 600-dən çox yaşı olan qədim qolf sahələri mövcuddur və bura dünyanın ən tanınmış qolf oyunçuları gəlir.

Sent-Endryus Universitetində məktəblərə bölünmüş 4 fakültə (dəqiq elmlər, incəsənət, tibb və ilahiyyat) fəaliyyət göstərir. Universitetdə İncəsənət,  Klassika, Biologiya (Biomolekulyar elmlər, Hüceyrə və sistemlər biologiyası, Təkamül biologiyası və heyvanların davranışı, Dəniz biologiyası departamentlərindən ibarətdir), Kimya (Kimya, Biologiya interfeysi, Eksperimental və nəzəri kimyəvi fizika, Molekulyar sintetik kimya bölmələri daxildir), İnformatika (Kompüter elmləri, Süni intellekt və hesablama simvolları, Şəbəkə və paylaşdırma sistemləri, Sistem layihələşdirməsi departamentlərindən ibarətdir), İlahiyyat, İqtisadiyyat və Maliyyə, İngiltərə Tədqiqatları (Orta əsrlər və intibah dövrü, XVIII əsr, Romantik və Viktorian dövrü, Yeni və ən yeni dövr, Yaradıcı yazı departamentləri), Coğrafiya və Yer Elmləri, Tarix, Beynəlxalq Münasibətlər (Sülh və Münaqişələrin Aradan Qaldırılması, Terrorizm və Siyasi Zorakılığın Öyrənilməsi, Rusiya, Sovet İttifaqı, Mərkəzi və Şərqi Avropa Tədqiqatları, Qlobal Konstitusionalizm, Din və Siyasətin Öyrənilməsi, Yaxın, Orta Asiya və Qafqaz Tədqiqatları mərkəzlərindən ibarətdir), İdarəetmə, Riyaziyyat və Statistika (Tətbiqi riyaziyyat, Təmiz riyaziyyat, Statistika departamentləri), Tibb, Müasir Dillər (Müasir və Müqayisəli Ədəbiyyatşünaslıq, Avropa Mədəni Tədqiqatları, Rusiya, Mərkəzi və Şərqi Avropa Mədəni Tədqiqatları, Sent-Endryus Dilçilik institutları), Fəlsəfə (Etika, Fəlsəfə və İctimaiyyətlə Əlaqə, Məntiq, Dil, Riyaziyyat və Ağıl Fəlsəfə mərkəzlərindən ibarətdir), Antropoloji Tədqiqatlar və Film (Hindu, Latın Amerikası və Karib Tədqiqatları, Kosmopolitan, Sakit Okean tədqiqatları mərkəzləri), Fizika və Astronomiya (Astrofizika, Sıxlaşdırılmış mühit, Fotonika), Psixologiya (Mənimsəmə, İnsan şüuru, Sosial psixologiya, Ağılın mənşəyi, Davranış, Tətbiqi, kliniki və sağlamlıq psixologiyası departamentləri daxildir) məktəbləri mövcuddur.

Sent-Endryus Universitetinə kansler rəhbərlik edir. O, universitetin ictimai məsələləri ilə məşğul olur, elmi dərəcələrlə təltif edir. Hazırda universitetin kansleri 2006-cı ildə bu vəzifəyə seçilmiş ser Menzis Kempbelldir. Kansler vəzifəsi ömürlük icra olunur. Universitetin rektoru Kevin Dunion, direktoru isə professor Luiza Riçardsondur. Universitet Məhkəməsi universitetin strategiyası, maliyyə, mülkiyyət, sağlamlıq, təhlükəsizlik və ümumi idarəolunma işlərinə cavabdehlik daşıyır. Məhkəmənin 23 üzvü professor-müəllim, tələbə heyəti, məzunlar, Fayf vilayətinin yerli idarəetmə orqanları, eləcə də yerli əhali arasından seçilir. Universitetin Senatı direktorun (rəhbərin) rəhbərliyi altında fəaliyyət göstərir. Sent-Endryus Universitetində 1804 nəfər işçi çalışır. İşçilərin 817 nəfəri professor-müəllim, qalanları isə inzibati heyətdir.

2010-2011-ci tədris ilində Sent-Endryus Universitetində təxminən 9000 tələbə təhsil alıb. Onların 7000-ə qədərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edib.

Universitetdə dünyanın 100-dən çox ölkəsindən olan tələbələr təhsil alır. Burada oxuyan tələbələrin 30 faizini əcnəbilər təşkil edir. Əcnəbilər arasında Avropa və Şimali Amerikanın bütün regionlarından, Yaponiya, Çin, Tayvan, Avstraliya, Malayziya, Afrika, Hindistandan olan tələbələr üstünlük təşkil edir. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Sent-Endryus Universitetinin magistratura səviyyəsində Hacıyev Əli Eldar oğlu beynəlxalq əlaqələr və menecment ixtisası üzrə təhsil alır.

Sent-Endryus Universitetinin üstün cəhətlərindən biri də geniş çeşidli yataqxana sisteminə malik olmasıdır. Universitetdə oxuyan tələbələrin üçdə iki hissəsi yataqxanalarda məskunlaşır. Yataqxanalarda qalan tələbələrin 66 faizini birinci kurslar, 34 faizini isə yuxarı kurs tələbələri təşkil edir. Universitetdə Endryu Melvil Holl (birnəfərlik otağın qiyməti ildə 4718, bir neçə nəfər üçün isə 4253 funt-sterlinq), Con Bernet Holl, Makintoş Holl, Sent-Requl Holl, Sent-Salvator Holl, Universitet Holl (birnəfərlik-5345, bir neçə nəfərlik-4819 funt-sterlinq), Devid Rassel (birnəfərlik-5085, bir neçə nəfərlik-4581 funt-sterlinq), Yeni Holl (birnəfərlik-5115, bir neçə nəfərlik-4611 funt-sterlinq), eləcə də təkadamlıq Olbani Park (2457 funt-sterlinq), Fayf Park (5085 funt-sterlinq) yataqxanaları fəaliyyət göstərir.

Sent-Endryus Universiteti 6 əsrdən çoxdur ki, özünü Avropanın, eləcə də dünyanın ən qabaqcıl və fərqli elmi-tədqiqat müəssisəsi kim təsdiqləyib. Eyni zamanda Sent-Endryus Universiteti şahzadələrin təhsil aldığı ali məktəb kimi tanınır.

Universitetin məşhur məzunları 

  II Ceyms  Şotlandiya kralı  
  Şahzadə Uilyam Kembric hersoqu, şahzadə Çarlz və Diananın oğlu  
  Ketrin Middlton Kembric hersoginyası, şahzadə Uilyamın həyat yoldaşı  
  Aleks Salmond  Şotlandiyanın baş naziri və Şotland Milli Partiyasının lideri  
  Con Soers Böyük Britaniyanın BMT-dəki sabiq səfiri  
  Ceyms Uilson ABŞ Müstəqillik Bəyannaməsini imzalayan şəxslərdən biri  
  Ceyms Qrem görkəmli Şotlandiya sərkərdəsi  
  Ceyms Blek  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Uolter Hevort kimya üzrə Nobel mükafatı laureatı   
  Alan MakDiarmid kimya üzrə Nobel mükafatı laureatı  
  Con Neypir riyaziyyatçı, loqarifmin ixtiraçısı  

                                                                                      Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov