|
1. Azərbaycan ədəbiyyatı |
2 yer |
1 əyani, 1 qiyabi
|
2. Ümumi pedaqogika,
pedaqogikanın və təhsilin
tarixi |
3 yer |
2 əyani, 1 qiyabi |
3. Təlim və tərbiyənin
nəzəriyyəsi və metodikası |
4 yer |
2 əyani, 2 qiyabi |
|
|
Doktoranturaya daxil olmaq üçün aşağıdakı
sənədlər təqdim edilməlidir:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi
müəssisənin və yaxud təşkilatın rəhbərinin
adına);
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından
çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya
seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında
diplomun müvafiq qaydada təsdiq edilmiş surəti
(xarici ölkələrdə təhsil almış Azərbaycan
Respublikasının vətəndaşları üçün təhsil
haqqında sənədlərin tanınması haqqında
şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlər 15 oktyabr 2011-ci il tarixinə qədər
qəbul edilir.
Qəbul imtahanları 20 oktyabr - 20 noyabr
tarixlərində keçiriləcək.
Ünvan: Bakı şəhəri, akad.H.Əliyev küç.,
104
Telefonlar: (+99412) 465 59 43, (+99412)
480 24 86
Faks: (+99412) 564 80 47
REKTORLUQ |