İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas
fənləri üzrə müəllim və istehsalat təlimi ustası
vakant yeri tutmaq üçün qaydalar:
1.
İlk peşə-ixtisas təhsili müəssisələrinə
peşə-ixtisas fənləri üzrə müəllimlərin və
istehsalat təlimi ustalarının işə qəbulu
mərkəzləşdirilmiş qaydada müsahibə yolu ilə
həyata keçirilir.
2.
Müsahibə Təhsil Nazirliyi tərəfindən yaradılmış
komissiya tərəfindən həyata keçirilir.
3.
Müsahibədə vakant yerin profilinə uyğun bütün
ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom)
almış mütəxəssislər iştirak edə bilərlər.
4.
Müsahibədə iştirak etmək üçün Təhsil
Nazirliyinin müsahibə komissiyasına ərizə və
şəxsi iş təqdim olunmalıdır.
5.
Ərizə və şəxsi işlərin qəbulunun vaxtı və yeri
Təhsil Nazirliyinin verdiyi elanda göstərilir.
6.
Hər hansı səbəbdən müəyyən edilən vaxtda
müsahibədə iştirak etməyənlər üçün təkrar
müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti
ildə ümumi qaydada müsabiqədə iştirak edə
bilərlər.
7.
Müsahibə zamanı ixtisası üzrə azı üç il əmək
stajı olanlara, təhsil müəssisələrində iş
təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli
mütəxəssislərə üstünlük verilir.
8.
Müsahibə iştirakçıları ilkin pedaqoji
məlumatlara malik olmalı, şagirdlərlə işləmək
bacarıqlarını, ilk peşə-ixtisas təhsili
müəssisələrinin iş prinsiplərini bildiklərini,
tədris-təlim prosesinin işi barədə biliklərə
malik olduqlarını nümayiş etdirməlidirlər.
9.
Müsahibə komissiyasının qərarı müzakirə olunmur.
10.
Müsahibə komissiyasının qərarı ilə müəyyən
edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin
direktoru müsahibədən keçən şəxs ilə əmək
müqaviləsi bağlayır. İştirakçının sənədləri onun
iş yerinə göndərilir.
11.
Müsahibənin nəticələri barədə şikayətlərə
müsahibə komissiyasının işi yekunlaşdıqdan sonra
bir həftə ərzində baxılır.
Müsahibədə iştirak etmək üçün aşağıda göstərilən
sənədlər təqdim olunur:
�
Azərbaycan Respublikası təhsil nazirinin adına
ərizə;
�
Təhsil sənədi (əsli, surəti əlavə olunur);
�
Əmək kitabçasının surəti;
�
Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur);
�
Sağlamlıq haqqında arayış (istehsalat təlimi
ustaları üçün peşənin tələblərinə uyğun);
�
Şəkil 3x4 sm ölçüdə.
Müsabiqədə iştirak etmək istəyənlər Təhsil
Nazirliyinin
www.edu.gov.az saytında vakant yerlərlə tanış
ola bilərlər.
Əlaqə
telefonları:
566-56-40,
514-07-51. |