Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Azərbaycanın təhsil nazirləri

Məmməd Həmid oğlu Ələkbərov

 

 Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda anadan olub.

1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşayıb, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan - red.) məktəbində oxuyub, lakin təhsilini başa vura bilməyib.

1920-ci ilə qədər əmisi oğlunun  balıq  təsərrüfatında  çalışıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim  hazırlığı  kursunu  bitirərək  Astraxanbazardakı  (indiki Cəlilabad) I dərəcəli məktəbə müəllim  göndərilib.

1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlayıb. 1923-1926-cı illərdə Pedaqoji İnstitutda (Bakı) oxuyub. Ali təhsilli mütəxəssis kimi Məmməd Ələkbərov Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik edib. Quba Qəza Xalq Maarifi Şöbəsinin müdiri işləyib.

1928-ci ildə Xalq Maarifi Komissarlığı aparatına işə qəbul olunub, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmaqla yanaşı, Azərbaycan Dövlət  Elmi  Tədqiqat  Məktəblər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əvəzçilik qaydasında   işləyib.

1939-1943-cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Sonra Azərbaycan Xalq Maarifi Komissarlığında kadrlar idarəsinin rəisi təyin olunub.

Məmməd Həmid oğlu Ələkbərov 1946-cı ildə Azərbaycan xalq maarifi komissarı təyin olunub, 6 il bu vəzifədə çalışıb, dövrün və ictimai qurumun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bilik və bacarığını əsirgəməyib.

Məmməd Ələkbərov ötən əsrin 50-ci illərində Nazirlər Soveti sədrinin müavini, Azərbaycanın ilk mədəniyyət naziri olub.

Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası mövzusunda məqalələr yazıb. "Natamam orta və orta məktəblərdə yazı işləri" (1940), "İbtidai məktəbdə oxu metodikası" (1940) və s. kitabları nəşr edilib.

O, "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 1950-ci ildə elmlər namizədi alimlik dərəcəsi alıb.

Məmməd Ələkbərov 1959-cu ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov