İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas
fənləri üzrə müəllim və istehsalat təlimi ustası
vakant yeri tutmaq üçün qaydalar:
1. İlk peşə-ixtisas təhsili müəssisələrinə
peşə-ixtisas fənləri üzrə müəllimlərin və
istehsalat təlimi ustalarının işə qəbulu
mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə
həyata keçirilir.
2. Müsabiqə Təhsil Nazirliyi tərəfindən
yaradılmış komissiya tərəfindən həyata
keçirilir.
3. Müsabiqədə vakant yerin profilinə uyğun
bütün ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom)
almış mütəxəssislər iştirak edə bilərlər.
4. Elanda göstərilən vakant yerlərə sənəd qəbulu
03-14 oktyabr 2011-ci il tarixlərdə H.Əliyev
prospekti, 81 ünvanda yerləşən 3 nömrəli Bakı
Peşə Liseyində həyata keçirilir.
5. Hər hansı səbəbdən müəyyən edilən vaxtda
müsabiqədə iştirak etməyənlər üçün təkrar
müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti
ildə ümumi qaydada müsabiqədə iştirak edə
bilərlər.
6. Müsabiqə zamanı ixtisası üzrə azı üç il əmək
stajı olanlara, təhsil müəssisələrində iş
təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli
mütəxəssislərə üstünlük verilir.
7. Müsabiqə iştirakçıları ilkin pedaqoji
məlumatlara malik olmalı, şagirdlərlə işləmək
bacarıqlarını, ilk peşə-ixtisas təhsili
müəssisələrinin iş prinsiplərini bildiklərini,
tədris-təlim prosesinin işi barədə biliklərə
malik olduqlarını nümayiş etdirməlidirlər.
8. Müsabiqə komissiyasının qərarı ilə müəyyən
edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin
direktoru müsabiqədən keçən şəxs ilə əmək
müqaviləsi bağlayır. İştirakçının sənədləri onun
iş yerinə göndərilir.
9. Müsabiqənin nəticələri barədə şikayətlərə
müsahibə komissiyasının işi yekunlaşdıqdan sonra
bir həftə ərzində baxılır.
Müsabiqədə iştirak etmək üçün aşağıda göstərilən
sənədlər təqdim olunur:
�
Azərbaycan Respublikası təhsil nazirinin adına
ərizə;
�
Təhsil sənədi (əsli, surəti əlavə olunur);
�
Əmək kitabçasının surəti;
�
Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur);
�
Sağlamlıq haqqında arayış (istehsalat təlimi
ustaları üçün peşənin tələblərinə uyğun);
�
Kadrların şəxsi uçot vərəqi.
Əlaqə telefonları:
566-56-40, 514-07-51. |