Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Yeni təlim üsulları dərslərimi yaradıcı qurmağıma kömək edir

 

Ölkədə həyata keçirilən kurikulum islahatı yeni nəslin biliklərə, bacarıq və qabiliyyətlərə yiyələnməsinə böyük imkan yaradır.

Məlum olduğu kimi, yeni təlim metodlarının əsas  vəzifəsi şagirdləri yaradıcı düşünmə, müstəqil öyrənmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarına yiyələndirməkdir. Bu məqsədin əldə olunması isə hər bir müəllimdən daim yaradıcı axtarışlar aparmağı, öz üzərində işləyərək yenilikləri öyrənməyi və tətbiq etməyi tələb edir. Bunu nəzərə alaraq mən təhsil sahəsində gedən dəyişiklikləri ardıcıl izləyir, öyrəndiklərimi öz işimdə tətbiq etməyə çalışır, dərslərimi interaktiv təlim üsullarının tətbiqi əsasında qururam.

Yeni təlim üsulları ilə işləmək işimdə ciddi problemlər yaratmır. Çünki inteqrativ təlim metodları ilə 2003-cü ildən tanışam. Belə ki, 2003-2004-cü tədris ilində Təhsil Nazirliyi tərəfindən keçirilən fəal təlimlə bağlı "Pedaqoji mühazirələr"də I yeri tutaraq diploma layiq görülmüşəm.

Pedaqoji fəaliyyətə başladığım dövrdən daim axtarışdayam. Fikrimcə, müəllim yaradıcı və təşkilatçı olmalıdır ki, fəal təlimin forma və üsullarından düzgün istifadə edə bilsin. Daim yeniliklər axtarışındayam. Çalışıram həmişə dərslərimi günün tələbləri səviyyəsində qurum. Yeniliklərdən bəhrələnmək üçün fəal təlim metodları üzrə keçirilən seminar, treninq və kurslarda iştirak edərək peşəkarlıq səviyyəmi artırmağa səy göstərirəm, 2006-cı ildə Təhsil Nazirliyi və YUNİSEF-in apardığı "Fəal təlim" treninqdə iştirak edərək müasir tələblərə cavab verən dərslər qurmağı öyrənmişəm. Kurslarda öyrəndiklərimi işimdə tətbiq edirəm. Bu cür dərslər şagirdlərdə müşahidə etmə, öz fikirlərini dəqiq ifadə etmə, nəticə çıxarmaq, bir-birini dinləmək, müqayisə etmək və s. kimi bacarıqları formalaşdırır, şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf edir.

Məktəbdə müntəzəm olaraq nümunəvi dərslər təşkil edir və metodbirləşmə iclaslarında öz təcrübəmi başqa müəllimlərlə bölüşürəm.

Bununla kifayətlənməyib rayonumuzun müxtəlif məktəblərində (Küçəkənd orta, Boyat kənd orta məktəblərində) nümunə dərsləri keçərək həmkarlarımla təcrübə mübadiləsi edirəm. 

Şəlalə HƏSƏNOVA,
Ucar şəhər 3 nömrəli
 tam orta məktəbin
ibtidai sinif müəllimi
 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov