DSX Akademiyasında təhsil
almaq arzusunda olan Azərbaycan Respublikası
vətəndaşları aşağıdakı tələblərə cavab
verməlidirlər:
* orta və ya orta-ixtisas təhsilinə malik
olmalıdırlar;
* hərbi xidmətdə olmayanlar üçün -
yaşı 17-dən 21-dək olmalıdır. 21 yaşınadək
çağırışçıların, o cümlədən akademiyaya qəbul ili
iyul ayının 31-dək 18 yaşı tamam olan şəxslərin
hərbi sənədlərində müvafiq şəhər-rayon hərbi
komissarlıqlarının möhlət qeydiyyatı vacibdir.
* xidmət müddətindən asılı olmayaraq müddətli,
müddətdən artıq xidmət hərbi qulluqçular,
gizirlər (miçmanlar) və hərbi vəzifəlilər (ehtiyatda
olan əsgərlər, çavuşlar və gizirlər (miçmanlar))
üçün -
yaşı 23-dək olmalıdır.
* fiziki cəhətdən sağlam olmalıdırlar.
Namizədlər TQDK tərəfindən müəyyən edilən 1-ci
(1-ci qrup üzrə gəmiçilik və gəmilərin
hərəkətinin idarə edilməsi, uçuş mühəndisliyi və
mexanika mühəndisliyi ixtisasları üzrə) və
2-ci (2-ci qrup üzrə dövlət və bələdiyyə
idarəetməsi ixtisası üzrə) ixtisas qrup üçün
nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test
üsulu ilə qəbul imtahanları verəcəklər, eyni
zamanda onların fiziki hazırlığı
yoxlanılacaqdır.
Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri
təqdim etməlidirlər:
*
Ərizə;
Ərizədə aşağıdakı məlumatlar öz əksini
tapmalıdır:
- soyadı, adı, atasının adı;
- doğulduğu il, ay, gün;
- qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı;
- təhsili;
- özünün və yaxın qohumlarının şəxsiyyət
vəsiqələrinin surətləri;
- attestat (əgər orta məktəbi bitiribsə).
*
Ərizəyə anket, tərcümeyi-hal, işlədiyi və ya
oxuduğu yerdən xasiyyətnamə, orta və ya orta
ixtisas təhsili haqqında sənədin notariat
orqanları tərəfindən təsdiq edilmiş surəti (orta
məktəb şagirdləri üçün cari ildəki qiymət
cədvəlindən çıxarış), yaşayış yerindən arayış,
doğum haqqında şəhadətnamənin surəti, 4 ədəd
rəngli fotoşəkil (baş geyimsiz, 3x4 sm ölçüdə)
əlavə olunmalıdır.
Sənədlər 2012-ci ilin yanvar ayının 01-dək qəbul
ediləcəkdir.
Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün
aşağıdakı ünvana müraciət etmək lazımdır (bölgələrdə
yaşayan vətəndaşlar Dövlət Sərhəd Xidmətinin
yaxınlığında yerləşən hərbi hissələrin kadrlar
bölmələrinə müraciət edə bilərlər):
Ünvan:
Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 30, Dövlət
Sərhəd Xidmətinin Aparatı
Əlaqə telefonları: 493-13-29, 493-62-47 |