Həmin jurnalda ali təhsil problemlərinə, onun
cəmiyyətdəki roluna həsr olunmuş fundamental və
tətbiqi araşdırmaları, pedaqoji, psixoloji və
metodik məsələləri əhatə edən, ali təhsilin
inkişafına xidmət göstərən elmi-metodik
məqalələrin dərci nəzərdə tutulmuşdur. Eyni
zamanda jurnal səhifələrində ali təhsildə
aparılan islahatların təbliği, bu sahədə
mütəxəssis və müəllimlərin iş təcrübəsi,
aparılan elmi-tədqiqatların nəticələrinin təhsil
prosesində tətbiqi məsələləri işıqlandırılacaq
və Boloniya prosesi çərçivəsində ali təhsilin
Avropa məkanına inteqrasiyası ilə bağlı
məlumatlar, bu sahədə olan yerli və beynəlxalq
təcrübə barədə məqalələr dərc ediləcəkdir.
Jurnal ildə 4 dəfə, hər biri 6-7 çap vərəqi
həcmində çap olunacaqdır.
Redaksiya heyəti arzu edən müəlliflərdən
yuxarıda qeyd olunan problemlərə həsr olunmuş
məqalələrini Təhsil Nazirliyinin Ali və orta
ixtisas təhsili şöbəsinə təqdim olunmasını xahiş
edir.
Jurnalda məqalələr Azərbaycan, ingilis, rus
dillərindən birində nəşr edilir və yazıldığı
dildən asılı olmayaraq onların hər birinin 3
dildə qısa annotasiyası verilir.
Ünvan:
AZ-1008, Bakı şəhəri, Xətai pr. 49,
Telefon:
(012) 496-35-45; faks: (012) 496-34-78
E-mail:
[email protected]
Redaksiya heyəti |