Son illər respublikanın (Naxçıvan MR istisna
olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə
liseylərində ümumi orta və tam orta təhsil
səviyyələri üzrə yoxlama və buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
aparılması təhsilin keyfiyyətinə müsbət təsir
etmiş və ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanmışdır.
Buraxılış imtahanlarının yeni qaydada
aparılmasının son nəticədə təhsilin
keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən
biri olduğunu nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2011/12-ci dərs ilində respublikanın bütün
ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna
olmaqla) və peşə liseylərində, ötən dərs
illərində buraxılış imtahanlarından qeyri-kafi
qiymət alan, müəyyən səbəblərdən ümumi orta və
tam orta təhsil səviyyəsini bitirməyən və
eksternat qaydasında imtahan vermək üçün
müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi
orta və tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada
aparılsın.
2. Ümumi orta təhsil səviyyəsi üzrə yoxlama və
buraxılış imtahanları Azərbaycan dili və
riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə
yoxlama və buraxılış imtahanları Azərbaycan dili
və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi,
fizika, kimya, biologiya, coğrafiya və xarici
dil fənlərindən keçirilsin.
3. Ümumtəhsil məktəblərində və peşə liseylərində
ümumi orta və tam orta təhsil səviyyələri üzrə
yoxlama imtahanları 2012-ci ilin 28 yanvar - 15
aprel tarixlərində keçirilsin.
3.1. ümumi orta və tam orta təhsil səviyyələri
üzrə yoxlama imtahanları aşağıdakı şəhər və
rayonlarda göstərilən tarixlərdə keçirilsin:
3.1.1. Bakı şəhərində 28-29 yanvar 2012-ci il
tarixində;
3.1.2. Şirvan şəhəri, Hacıqabul, Ağcabədi,
Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş
rayonlarında 04-05 fevral 2012-ci il tarixində;
3.1.3. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın,
Cəbrayıl, Ağsu və Göyçay rayonlarında 11-12
fevral 2012-ci il tarixində;
3.1.4. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran,
Masallı, Salyan və Neftçala rayonlarında 18-19
fevral 2012-ci il tarixində;
3.1.5. Gəncə, Mingəçevir, Naftalan şəhərlərində,
Göygöl və Samux rayonlarında 03-04 mart 2012-ci
il tarixində;
3.1.6. Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və
Yevlax rayonlarında 10-11 mart 2012-ci il
tarixində;
3.1.7. Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax,
Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və
Yardımlı rayonlarında 31 mart - 01 aprel 2012-ci
il tarixində;
3.1.8. Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar,
Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında 08
aprel 2012-ci il tarixində;
3.1.9. Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir
və Tovuz rayonlarında 14-15 aprel 2012-ci il
tarixində;
3.1.10.Məcburi köçkün rayonlarının işğal altında
olan ərazilərində yerləşən ümumtəhsil
məktəblərində yoxlama imtahanı onların
məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil
məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə.
3.1.11. Yoxlama imtahanının nəticələri
keçirildiyi tarixdə jurnala yazılsın və
şagirdlərin fənlər üzrə ikinci yarımillik
qiymətləri yoxlama imtahan nəticələri nəzərə
alınmaqla çıxarılsın.
3.1.12. Peşə liseylərində 25 fevral 2012-ci il
tarixində.
4. Ümumi orta və tam orta təhsil səviyyələri
üzrə buraxılış imtahanları aşağıdakı şəhər və
rayonlarda göstərilən tarixlərdə keçirilsin:
4.1. Bakı şəhərində 23 iyun 2012-ci il
tarixində;
4.2. Şirvan şəhəri, Hacıqabul, Ağcabədi,
Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş
rayonlarında 02 iyun 2012-ci il tarixində;
4.3. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın,
Cəbrayıl, Ağsu və Göyçay rayonlarında 04 iyun
2012-ci il tarixində;
4.4. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran,
Masallı, Salyan və Neftçala rayonlarında 07 iyun
2012-ci il tarixində;
4.5. Gəncə, Mingəçevir, Naftalan şəhərlərində,
Göygöl və Samux rayonlarında 09 iyun 2012-ci il
tarixində;
4.6. Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və
Yevlax rayonlarında 12 iyun 2012-ci il
tarixində;
4.7. Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax,
Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və
Yardımlı rayonlarında 16 iyun 2012-ci il
tarixində;
4.8. Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar,
Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında 18
iyun 2012-ci il tarixində;
4.9. Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir
və Tovuz rayonlarında 21 iyun 2012-ci il
tarixində;
4.10. məcburi köçkün rayonlarının işğal altında
olan ərazilərində yerləşən ümumtəhsil
məktəblərində buraxılış imtahanı onların
məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil
məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə.
4.11. Peşə liseylərində 24 aprel 2012-ci il
tarixində.
5. Tam orta təhsil səviyyəsi üzrə təkrar
imtahanlar müvafiq şəhər və rayonlarda
göstərilən tarixlərdə keçirilsin.
6. Ümumi orta və tam orta təhsil səviyyələri
üzrə eksternat və müxtəlif səbəblərdən üzrlü
olaraq buraxılış imtahanlarında iştirak
etməyənlər üçün buraxılış imtahanları ümumi orta
təhsil səviyyəsi üzrə Azərbaycan dili və
riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə
yoxlama və buraxılış imtahanları Azərbaycan dili
və ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi,
fizika, kimya, biologiya, coğrafiya və xarici
dil fənlərindən 25 iyun 2012-ci il tarixində
saat 10.00-da Bakı şəhərinin 202 nömrəli tam
orta məktəbində keçirilsin.
7. Təlim gürcü dilində olan məktəblərin IX (X)
və XI (XII) siniflərində buraxılış
imtahanlarının aparılması Təhsil Nazirliyi
tərəfindən hazırlanmış imtahan materialları
gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon
təhsil şöbələrinə tapşırılsın.
8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
prinsiplərinə uyğun olaraq, attestata yazılacaq
yekun qiymət şagirdin fənn üzrə yoxlama
imtahanının nəticələri, X və XI siniflərin illik
qiymətləri və buraxılış imtahanı qiymətləri
əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq
yekun qiymət şagirdin fənn üzrə yoxlama
imtahanının nəticələri, VIII və IX siniflərin
illik qiymətləri və buraxılış imtahanı
qiymətləri əsasında hesablansın.
9. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva)
və Təhsilin idarəolunmasının məlumat sistemləri
şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil
səviyyələri üzrə imtahan verən şagirdlər
haqqında müvafiq baza məlumatlarının
toplanmasını həyata keçirsin.
10. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsi (F.Qədirov)
imtahan nəticələrinin təhlili əsasında zəruri
təşkilati mexanizmlərin qurulması, onların
koordinasiya olunması ilə bağlı müvafiq
təkliflər hazırlasın.
11. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva),
Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün
şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil
Nazirliyinin nəzdindəki ümumi təhsil
müəssisələrinin və peşə liseylərinin
direktorları:
11.1. ümumi orta və tam orta təhsil səviyyələri
üzrə buraxılış imtahanlarının keçirilməsi ilə
əlaqədar olaraq məktəb rəhbərlərinin,
müəllimlərin, şagirdlərin və valideynləri
arasında 2011-ci ilin noyabr-dekabr aylarında
təlimati işlərin aparılmasını təşkil etsinlər;
11.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsi ilə razılaşdırsınlar;
11.3. buraxılış sinif şagirdlərinin yoxlama və
buraxılış imtahanlarında iştirakını təmin
etsinlər;
11.4. ümumi orta təhsil səviyyəsi üzrə
şagirdlərin eksternat və payız imtahanlarında
maksimum iştirakını təmin etsinlər;
11.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin
təkrar və eksternat imtahanlarında maksimum
iştirakını təmin etsinlər.
12. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov),
Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi ilə
bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə
liseylərinə lazımi köməklik göstərsinlər.
13. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva)
imtahan rəhbərlərinin və imtahan materiallarının
müvafiq imtahan mərkəzlərinə vaxtında və
təhlükəsiz çatdırılması (daşınması) ilə bağlı
müvafiq tədbirlərin görülməsini və bununla
əlaqədar təsdiqedici sənədlər əlavə olunmaqla
daşınmanın nəticələri barədə rəsmi hesabatın
yoxlama və buraxılış imtahanları bitdikdən sonra
10 gün ərzində rəhbərliyə təqdim edilməsini
təmin etsin.
14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təqdim
olunacaq təsdiqedici sənədlər əsasında imtahan
materiallarının çap olunması, imtahan
rəhbərlərinin və materialların imtahan
mərkəzlərinə çatdırılması xərclərinin
ödənilməsini təmin etsin.
15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını, yoxlama
və buraxılış imtahanlarının nəticələrinin
ictimaiyyətə çatdırılmasını həyata keçirsin.
16. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
5 dekabr 2011-ci il |