Azərbaycan Respublikası Prezidentinin "S.A.Orucovun
100 illik yubileyinin keçirilməsi haqqında" 20
sentyabr 2011-ci il tarixli, 1743 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Sabit Atabala oğlu Orucovun 100 illik
yubileyinin keçirilməsinə dair Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı
təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rektorlarına
Tədbirlər planının icrasının təmin edilməsi və
görülmüş işlər haqqında məlumatın 2012-ci il 15
iyun tarixinədək Təhsil Nazirliyinə təqdim
edilməsi tapşırılsın.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali
və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri
əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 dekabr 2011-ci il |