Təhsil Nazirliyi kollegiyasının
"2008-2011-ci illərdə keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin yekunları haqqında"
03.12.2011-ci il tarixli qərarının icrasını
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "2008-2011-ci illərdə keçirilmi
ş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin yekunları haqqında"
arayış və nazirliyin kollegiyasının müvafiq
qərarı nəzərə alınsın.
2. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli,
2373 nömrəli Sərəncamına uyğun olaraq, hər il
ölkədə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi,
müsabiqə qaliblərinin yüksək məbləğdə pul
mükafatı ilə mükafatlandırılması Azərbaycan
dövlətinin, bilavasitə dövlət başçısı cənab
İlham Əliyevin təhsilə və təhsil işçilərinə
müntəzəm diqqət və qayğısının real təzahürü kimi
qiymətləndirilsin.
3. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin ümumi təhsil sistemində
yaradıcı fəaliyyətə, islahatyönümlü tədbirlərin
davamlı və sistemli surətdə həyata
keçirilməsinə, təhsil innovasiyalarının səmərəli
tətbiqinə geniş imkanlar açdığı qeyd edilsin.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil şöbələri, nazirlik
nəzdindəki ümumi təhsil müəssisələrinin
direktorları:
4.1. Bu əmri və əlavə olunmuş arayışı məktəb
rəhbərlərinin, pedaqoji kollektivlərin diqqətinə
çatdırsınlar, arayışdakı təhlilə əsasən, müvafiq
tədbirlərin görülməsini təmin etsinlər.
4.2. Müsabiqə qaliblərinin iş təcrübəsinin
öyrənilib yayılması, qalib adını qazanmış fənn
müəllimlərinin və məktəblərin direktorlarının
təqdimatlarının, nümunəvi dərslərinin təşkili,
onların rəğbətləndirilməsi, əməyinin
stimullaşdırılması üzrə əlavə tədbirlərin həyata
keçirilməsi sahəsində ardıcıl iş aparsınlar.
4.3. Bir sıra məktəb və müəllimlərin aidiyyəti
müsabiqədə zəif iştiraklarının və
uğursuzluqlarının səbəblərini ətraflı araşdırıb
lazımi nəticə çıxarsınlar.
5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov)
bu müsabiqələrin növbəti illərdə də səmərəli
təşkili və yekunlaşdırılması istiqamətində
zəruri tədbirlərin vaxtında həyata keçirilməsini
təmin etsinlər.
6. Ümumi şöbə ( X.Fərəcov) əmrin əlavəsi ilə
çoxaldılıb yerli təhsil orqanlarına
çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 dekabr 2011-ci il |