Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman
Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış
Sazişə uyğun olaraq Azərbaycan Respublikası
Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində Almaniya Federativ
Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə
aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edilir:
- informasiya texnologiyaları;
- mühəndislik;
- neft sənayesi;
- tibb;
- riyaziyyat;
- fizika;
- biologiya;
- kimya;
- ekologiya;
- kənd təsərrüfatı;
- turizm;
- mühasibat uçotu.
Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın
müvafiq universitetlərinin ikinci və ya üçüncü
kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə
qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I
qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər
ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan
Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak
edə bilər.
Magistratura səviyyəsində təhsil almaq üçün isə
aşağıdakı şəxslər müraciət edə bilərlər:
- 2011/2012-ci tədris ilində I qrup ixtisasları üzrə
orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan
və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan
test imtahanları çərçivəsində ən azı 112 bal (və ya
bunun ekvivalenti) toplamış namizədlər;
- 2011/2012-ci tədris ilində digər ixtisas qrupları üzrə
orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan
və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan
test imtahanları çərçivəsində ən azı 120 bal (və ya
bunun ekvivalenti) toplamış namizədlər.
Diplomdansonrakı tibb proqramlarında təhsil almaq üçün
təhsil müddəti ərzində orta qiyməti ən azı 4.0 olan tibb
universitetinin sonuncu kurs tələbələri və ya məzunları
müsabiqədə iştirak edə bilər.
Azərbaycanda bakalavr səviyyəsi üzrə alınmış təhsil
Almaniyada Magistr səviyyəsinə qəbul olunarkən tanına
bilər.
Azərbaycanda Magistr səviyyəsi üzrə alınmış təhsil
Almaniyada doktorantura səviyyəsinə qəbul olunarkən
tanına bilər.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı
sənədləri təqdim etməlidirlər:
1. Müsabiqədə iştirak etmək üçün ərizə;
2. Əsaslandırma məktubu (2 dildə);
3. 2 ədəd tövsiyə məktubu (məktubun xüsusi forması
http://www.daad.de/imperia/md/content/de/foerderung/recommendation.pdf
saytından əldə edilir və iddiaçının təhsil aldığı ali
məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur);
4. Ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal
haqqında arayış;
5. Ali məktəb tərəfindən verilən diplomun və diploma
əlavənin alman və yaxud ingilis dilinə (ingilis dilində
təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat
qaydada təsdiq edilmiş surəti;
6. Hal-hazırda təhsil alan tələbələr ali məktəb
tərəfindən verilən arayış və qiymət kitabçasından
çıxarışın alman və yaxud ingilis dilinə (ingilis dilində
təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat
qaydada təsdiq edilmiş surəti;
7. Alman və yaxud ingilis dilini (ingilis dilində təhsil
alacaq namizədlər) müvafiq ali məktəbin tələbləri
səviyyəsində bilməsi haqqında zəruri sertifikatın surəti:
- alman dili üzrə ən azı DSH 2, TestDaf 4, Höte
İnstitutunun B2, C1 və ya OnDaf B2 səviyyələrini müəyyən
edən sertifikatlar, DSH kurslarında və Alman Dili
Tədrisi Mərkəzində qeydiyyatda olanlar üçün isə OnDaf
B1 sertifikatı (alman dili üzrə OnDaf testini Alman Dili
Tədrisi Mərkəzində vermək olar - ünvan Lev Tolstoy
küçəsi, 171);
- ingilisdilli təhsil proqramlarına müraciət edənlər isə
müvafiq alman ali məktəblərinin tələblərinə uyğun TOEFL
və ya GELTS imtahanlarının sertifikatlarını və yaxud
2012-ci ilin mart-aprel aylarında imtahanlarda iştirak
etmək üçün qeydiyyatdan keçmək barədə sənəd.
Tibb təhsili yalnız alman dilində aparılır.
8. Doldurularaq çap olunmuş xüsusi anket forması
(https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=de
və ya
https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=en
saytlarından əldə etmək olar)
9. Tərcümeyi-hal (CV) (2 dildə);
10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
11. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi
arayış);
12. Şəxsiyyət vəsiqəsinin və xarici pasportun surəti.
Tələb olunan sənədlər 4 nüsxədə təqdim olunmalıdır (1
ədəd əsli və 3 ədəd surət)
Təqdim olunmuş sənədlər DAAD-nin Almaniyadan gəlmiş
ekspertləri tərəfindən yoxlanılacaq və 5-7 mart 2012-ci
il tarixlərində müsahibə həyata keçirəcəklər.
Seçim prosesində diplomdansonrakı təhsil səviyyələri
üçün müraciət edən namizədlərə üstünlük veriləcəkdir.
Qeyd: Bakalavrdansonrakı təhsil səviyyəsi üçün müraciət
edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd
müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ
aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi
halda hərbi biletin notariat qaydada təsdiq olunmuş
surətini təqdim etməlidir.
Maraqlananlar hər gün (şənbə, bazar günləri istisna
olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin
Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.
Sənədlərin təqdim edilməsi üçün son müddət - 17
fevral 2012-ci il saat 17.30-dək.
Əlaqə telefonları: 496-91-13, 496-33-11; 496-34-00
Təhsil Nazirliyinin əməkdaşları:
Sevinc İsmayılova (daxili nömrə - 179)
Namiq Ramazanov (daxili nömrə - 260)
Müjdat Həsənov (daxili nömrə - 164)
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Alman Akademik Mübadilə Xidməti (DAAD)
|