Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı
Respublika Komitəsi |
QƏRAR
№
162
Bakı şəhəri |
"06" fevral 2012-ci il |
Tələbələrin XVII Respublika fənn olimpiadasının
keçirilməsi haqqında
Respublika ali təhsil müəssisələrində təhsil alan
tələbələrin müxtəlif fənlərə marağının artırılması,
həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən
tələbələrin aşkar edilməsi və onlarda biliyə olan
həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
Rəyasət Heyəti
QƏRARA ALIR:
1. Tələbələrin XVII Respublika fənn olimpiadası (riyaziyyat,
fizika, kimya, biologiya, informatika, Azərbaycan dili,
Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis,
alman, fransız və rus dilləri fənləri üzrə) 2012-ci ilin
fevral-aprel aylarında keçirilsin.
2. Olimpiadanın I turu 2012-ci il fevral-mart aylarında
ali təhsil müəssisələrində, II yekun turu isə cari ilin
aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində
keçirilsin.
3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi
(əlavə 1) yaradılsın.
4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz
üzərinə aşağıdakıları götürür:
4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin və medalların
alınmasını.
4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların
verilməsini:
1-ci yer (12 nəfər) üçün 300 manat
2-ci yer (24 nəfər) üçün 150 manat
3-cü yer (36 nəfər) üçün 100 manat
- Münsiflər heyətinin sədrlərinə (12 nəfər) 200 manat
məbləğində pul mükafatının ayrılmasını.
5. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin
mükafatlandırılması ilə bağlı xərclər smetasını
hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
6. Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin
müvafiq şöbələri qərarın "Azərbaycan müəllimi", "Təhsil
işçisi" qəzetlərində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını və İnternet səhifələrində
yerləşdirilməsini təmin etsinlər.
7. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini
Q.Novruzova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini Ş.Əsgərova
həvalə olunsun.
Misir MƏRDANOV, |
Səttar MEHBALIYEV, |
Azərbaycan Respublikasının
təhsil naziri |
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri |
|