Tələb olunan sənədlər:
- ərizə;
- doğum haqqında şəhadətnamənin surəti;
- bitirdiyi sinif haqqında arayış;
- 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.
Sənədlər aprelin 21-dən mayın 21-dək liseyin binasında
qəbul edilir.
Müsabiqə 2 iyun 2012-ci il tarixdə, saat 10.00-da ana
dili, riyaziyyat və ingilis dili fənləri üzrə test üsulu
ilə aparılacaq.
Liseydə dərslər təcrübəli orta məktəb müəllimləri və BDU-nun
aparıcı professor-müəllimləri tərəfindən tədris olunur.
Liseyə qəbul olan şagirdlər BDU-nun laboratoriyalarından,
kitabxanasından, idman zallarından istifadə edirlər.
Əlavə məlumat üçün aşağıdakı ünvana müraciət etmək
olar.
Ünvan: Bakı şəhəri, Əhməd Cəmil küçəsi, 41a.
Əlaqə telefonu: 510-74-54
MÜDİRİYYƏT |