Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
təhsil almaq məqsədilə 01.05.2012-ci il tarixindən
etibarən müsabiqə elan edir.
Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə
yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq
edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan
gənclərinin seçim Qaydaları"na və Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli
Sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin
xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil
müəssisələrinin siyahısı"na uyğun olaraq xarici
ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz
təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirak edə
bilərlər.
2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində
təhsil almaq üçün aşağıdakı prioritet ixtisas
istiqamətləri müəyyən edilmişdir:
I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə
müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim
olunmalıdır:
1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. 2012/2013-cü dərs ilində xarici ali təhsil
müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında
müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq
edilmiş surəti və ümumi orta təhsil haqqında* və
ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq
edilmiş sənədin surəti;
3. hazırda xarici ali təhsil müəssisəsində təhsil
alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə
təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə
akademik göstəricilər) notariat qaydada tərcümə və
təsdiq edilmiş surətləri;
4. ölkənin ali təhsil müəssisələrinin bakalavr
səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə
aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq
edən sənəd, təhsil aldığı ali məktəb tərəfindən verilmiş
arayış və transkript (fənlər üzrə akademik
göstəricilər);
5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və
s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş
rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş
surəti (mövcud olduğu halda);
6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya
hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən
rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd);
7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu
kimi sənədlərin surətləri (mövcud olduğu halda);
8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi
arayış);
9. tərcümeyi-hal (CV);
10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
11. şəxsiyyət vəsiqəsinin surəti;
12. ümumvətəndaş pasportunun surəti.
*Qeyd. 2011/2012-ci dərs ilində orta məktəbi bitirən
ərizəçilər orta təhsil haqqında sənəd (attestat)
aldıqdan sonra müraciət edə bilərlər.
II. Magistratura, ordinatura, aspirantura, fəlsəfə
doktoru (PhD), elmlər doktoranturu, rezidentura və s.
üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək
üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. 2012/2013-cü dərs ilində xarici ali təhsil
müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında
müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq
edilmiş surəti;
3. hazırda xarici ali təhsil müəssisəsində təhsil
alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə
təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə
akademik göstəricilər) notariat qaydada tərcümə və
təsdiq edilmiş surətləri;
4. ölkənin ali təhsil müəssisələrinin magistratura və
digər səviyyələrində təhsil alanlar üçün təhsil aldığı
ali məktəb tərəfindən verilmiş arayış və transkript
(fənlər üzrə akademik göstəricilər);
5. işlədiyi müəssisədən və ya təhsil aldığı ali
məktəbdən 2 ədəd tövsiyə məktubu (xaricdə təhsil alan və
ya işləyənlər üçün - notariat qaydada tərcümə və təsdiq
edilmiş surətləri);
6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında
bakalavr, magistr və ya doktorluq diplomlarının
əlavələrlə birlikdə surətləri (xaricdə təhsilini başa
vuranlar üçün - notariat qaydada tərcümə və təsdiq
edilmiş surətləri);
7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və
s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş
rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş
surəti (mövcud olduğu halda);
8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura
və magistraturada oxumağı təsdiqləyən sənədlərin
notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə
təhsilini başa vuranlar üçün - notariat qaydada tərcümə
və təsdiq edilmiş surətləri);
9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi
arayış);
10. fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi almaq
üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün
müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə
dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya,
digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı;
11. tərcümeyi-hal (CV);
12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
13. şəxsiyyət vəsiqəsinin surəti;
14. ümumvətəndaş pasportunun surəti.
Qeyd.
- Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət
edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd
müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ
aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi
halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş
surətini təqdim etməlidir.
- Seçim Qaydalarının 3.1.6-cı bəndinə istinadən qeyd
edirik ki, bütün iddiaçıların ali təhsil haqqında diplom
üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa
uyğun olmalıdır.
Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin
müvafiq veb saytlarında (www.edu.gov.az,
http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş
elanın mətnində verilən link vasitəsilə elektron ərizə
formasını doldurub, çap edib imzalayaraq, müvafiq
sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını
təsdiq etdirməlidirlər.
Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən
ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil
Nazirliyində həyata keçirilir.
Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri
qaytarılmır.
Müraciət üçün son müddət 20 avqust 2012-ci il.
Əlaqə telefonları:
496-91-13; 496-33-11; 496-34-00(daxili: 164; 260; 179) |