İngilis
dilinin tədrisi – İnformasiya-Kommunikasiya
Texnologiyalarının ingilis dilinin tədrisində tətbiqi –
(Learning Technologies kursu)
Kim iştirak edə bilər?
İnformasiya-Kommunikasiya Texnologiyalarının ingilis
dilinin tədrisində tətbiqinə dair kurs əsasən
İKT-yə dair ilkin tanışlıq əldə etmək istəyən az
təcrübəli müəllim, yaxud müəllim olmaq istəyən sonuncu
kurs tələbələri, ixtisasartırma kursu vasitəsilə İKT-nin
ingilis dilinin tədrisində tətbiqi ilə ilk dəfə tanış
olan təcrübəli müəllimlər üçün nəzərdə tutulmuşdur.
Kursun məzmunu
Kurs Moodle-dan istifadə qaydalarına dair izahat bölməsi
olan giriş, İKT-nin ingilis dilinin tədrisində tətbiqinə
dair kursa giriş, Veb saytların qiymətləndirilməsi və
seçilməsi, Vebə inteqrasiya, axtarış, müəllif hüquqları
və onları qoruyan materiallar, tədris zamanı ofis
proqramlarından istifadə və s. kimi 17 mövzunu əhatə
edir.
Yanaşma və metodologiya
British Council-in bütün onlayn kursları kimi bu kurs da
email və müzakirə forumları vasitəsilə dəyişkən
cədvəl əsasında rahat öyrənməyə şərait yaradır.
Saytı nəzərdən keçirmək üçün aşağıdakı linkə daxil olun
və aşağıda verilmiş istifadəçi adı və şifrədən istifadə
edin:
·
Daxil olun
http://courses.britishcouncil.org/pub/learningtechnologies
·
İstifadəçi adı: demotrainer
·
Şifrə: D3mo
·
Menyudakı admin seçiminə daxil olun
İngilis Dilinin Tədrisi – İlkin tədrisin əsasları (Primary
Essentials)
Kim iştirak edə bilər?
İngilis Dilinin Tədrisi – İlkin tədrisin əsasları
5-12 yaş arasında şagirdlərlə işləyən müəllimlər üçün
ixtisasartırma kursudur.
Kursun məzmunu
Kurs altı moduldan ibarətdir:
1.
Onlayn təlimə giriş
2. Uşaqların
tədrisinə dair ilkin addımlar
3.
Mahnı və oyunlar
4.
Öyrənmə üsulları
5.
Proqram və dərsin planlaşdırılması
6.
Sinfin idarə olunması
Hər modulun tərkibi təxminən səkkiz saat təşkil edir və
onlayn kurs təxminən 10 həftə davam edir.
İştirakçılar hər modulun sonunda qiymətləndiriləcəkdir.
Primary Essentials səhifəsində animasiyalı turu izləyin.
İngilis dilinin tədrisi – (TKT Essentials kursu)
Kim iştirak edə bilər?
İngilis dilinin tədrisi - TKT Essentials kursu müxtəlif
müəllim qrupları tərəfindən istifadə oluna bilər.
Kursun məzmunu
Onlayn kurs 33 bölmədən və hər biri 90 və 180 dəqiqə
arası təşkil edən 3 moduldan ibarətdir.
Modul 1 və Modul 2 ilə 3 ayrılıqda 2 kurs kimi götürülür:
·
Modul1 – dil və dilin öyrənilməsi və tədris edilməsinə
dair izahat
·
Modul 2 – dərsin planlaşdırılması və dilin tədrisi üçün
vəsaitlərdən istifadə
·
Modul 3 –tədris və öyrənmə prosesinin idarə edilməsi
Yanaşma və metodologiya
British Council-in bütün onlayn kursları kimi bu kurs da
email və müzakirə forumları vasitəsilə dəyişkən
cədvəl əsasında rahat öyrənməyə şərait yaradır.
Veb sayta daxil olub nəzərdən keçirmək üçün aşağıdakı
linkə daxil olun və aşağıda verilmiş istifadəçi adı ilə
şifrədən istifadə edin:
http://courses.britishcouncil.org/pub/tkt/
İstifadəçi adı: demoparticipant
Şifrə: D3mo
Kurslarda iştirak etmək üçün kompüter, internet
rabitəsi və həftə sonları da daxil olmaqla hər gün 60
dəqiqəyədək vaxt sərf etmək tələb olunur. Kurslar
mütəmadı olaraq hər üç aydan bir keçirilir. Kursların
hər birinin qiyməti 80 AZN-dir. |