1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani və
qiyabi) (təhsil Azərbaycan dilindədir)
2. Xarici dil (ingilis, fransız) müəllimliyi (əyani) (təhsil
Azərbaycan dilindədir)
3. Tarix müəllimliyi (əyani və qiyabi) (təhsil
Azərbaycan və rus dillərindədir)
4. Tarix və coğrafiya müəllimliyi (əyani) (təhsil
Azərbaycan dilindədir)
5. Kimya müəllimliyi (əyani) (təhsil Azərbaycan
dilindədir)
6. Kimya və biologiya müəllimliyi (əyani) (təhsil
Azərbaycan dilindədir)
7. Biologiya müəllimliyi (əyani və qiyabi) (təhsil
Azərbaycan və rus dillərindədir)
8. Riyaziyyat müəllimliyi (əyani və qiyabi) (təhsil
Azərbaycan və rus dillərindədir)
9. Riyaziyyat və informatika müəllimliyi (əyani) (təhsil
Azərbaycan dilindədir)
10. İnformatika müəllimliyi (əyani) (təhsil Azərbaycan
dilindədir)
11. Fizika müəllimliyi (əyani) (təhsil Azərbaycan
dilindədir)
12. Təhsildə sosial-psixoloji xidmət (əyani) (təhsil
Azərbaycan dilindədir)
13. Korreksiyaedici təlim (əyani) (təhsil Azərbaycan
dilindədir)
14. Məktəbəqədər təlim və tərbiyə (əyani və qiyabi) (təhsil
Azərbaycan dilindədir)
15. İbtidai sinif müəllimliyi (əyani və qiyabi) (təhsil
Azərbaycan və rus dillərindədir)
16. Coğrafiya müəllimliyi (əyani və qiyabi) (təhsil
Azərbaycan dilindədir)
17. Musiqi müəllimliyi (əyani) (təhsil Azərbaycan
dilindədir)
18. Təsviri incəsənət müəllimliyi (əyani) (təhsil
Azərbaycan dilindədir)
19. Texnologiya müəllimliyi (əyani və qiyabi) (təhsil
Azərbaycan dilindədir)
20. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq
müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
21. Menecment (təhsilin təşkili və idarə olunması) (əyani)
(təhsil Azərbaycan dilindədir)
22. Ekologiya (əyani) (təhsil Azərbaycan dilindədir)
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı
vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti
arasında bağlanmış fərdi müqavilələr əsasında həyata
keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən
az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun
gələn şəxslər "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq
müsabiqədə iştirak edə bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri
təqdim etməlidirlər :
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial
qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarış
(diploma əlavə) (saatların miqdarı göstərilməklə);
- əmək kitabçasının surəti;
- işlədiyi müəssisə, təşkilat və idarələrdən
göndərilənlər üçün göndəriş, zəmanət;
- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq
olunmuş);
- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
Sənədlər 2012-ci ilin avqust ayının 20-dən sentyabr
ayının 05-dək (istirahət günlərindən başqa) saat
10.00-dan 13.00-dək ADPU-nun əsas binasında (II mərtəbə,
tədris-metodika şöbəsi, otaq 208) qəbul edilir.
Təkrar ali təhsil (II təhsil) almaq üçün universitetə
sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən
uğurla keçənlər müsabiqə yolu ilə təkrar təhsil ixtisası
üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci aldığı
təhsilin təkrar ali təhsil ixtisasına uyğunluğundan
asılı olaraq qəbul olunduğu kurs müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil (II
təhsil) almaq üçün Azərbaycan Respublikası Təhsil
Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə
almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında
ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Ünvan: AZ 1000 Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 34
Əlaqə telefonları: (+994 12) 493-15-96, (+994 12)
440-51-49
REKTORLUQ |