Təhsil forması: əyani və qiyabi
*
Təhsil müddəti əyani şöbədə 2,5 il, qiyabi şöbədə 3
ildir.
*
Təhsil ödənişlidir.
*
Dərslər müvafiq tədris ilində fevralın 16-dan və
sentyabrın 15-dən başlanır.
*
Sənədlər tədris fevralın 16-da başlayanlar üçün fevralın
10-dək, sentyabrın 15-də başlayanlar üçün sentyabrın 10-dək
qəbul edilir (Ünvan: Təbriz küçəsi, 49, III mərtəbə,
308-ci otaq).
*
Məzunlara aldıqları ixtisaslar üzrə "bakalavr" ali
təhsil dərəcəsi verilir.
Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim
etməlidirlər:
*
rektorun adına ərizə;
*
əvvəlki ali pedaqoji təhsil haqqında diplomun surəti;
*
diploma əlavənin surəti;
*
əmək kitabçasından çıxarış;
*
şəxsiyyət vəsiqəsinin surəti;
*
təhsilini bu il başa vuranlar üçün azad təyinat haqqında
sənəd;
*
3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Əlavə məlumat almaq üçün hər gün (bazar günündən başqa)
saat 10:00-dan 16:00-dək göstərilən ünvana müraciət
etmək olar.
Əlaqə telefonları: 564-22-48; (050) 343-29-35
REKTORLUQ |