1. Azərbaycan dili və ədəbiyyat;
2. Riyaziyyat və informatika;
3. Psixologiya;
4. Məktəbəqədər təlim və tərbiyə.
Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və
ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji
Universiteti arasında bağlanmış fərdi müqavilələr
əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya
hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn
dövlət və özəl ali təhsil müəssisəsinin məzunları "Əlavə
təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı
istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin
verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə
bilərlər.
Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial
qaydada təsdiq olunmuş);
- əmək kitabçasının surəti;
- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
Sənədlər 2012-ci il avqust ayının 20-dən (istirahət
günlərindən başqa) saat 10:00-dan 17:00-dək ADPU-nun III
tədris binasında (otaq 123) qəbul edilir.
Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd
vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla
keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
Xaricdə təhsil almış şəxslər yenidənhazırlanma təhsili
almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində
müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir.
Ünvan:
Bakı şəhəri, S.Rüstəm küçəsi, 23.
Telefon:
(+99412) 440-51-49
REKTORLUQ |