1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
2. Riyaziyyat və informatika müəllimliyi;
3. Məktəbəqədər təlim və tərbiyə;
4. Məktəb psixoloqu.
Yenidənhazırlanma təhsilinə qəbul olmaq üçün aşağıdakı
sənədlər təqdim edilir:
1. Rektorun adına ərizə;
2. Təhsil haqqında sənədin (diplomun) əsli və surəti;
3. Əmək kitabçasının müəssisə rəhbəri tərəfindən təsdiq
edilmiş surəti;
4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə, rəngli);
5. Şəxsiyyət vəsiqəsinin surəti.
Sənədlərin qəbulu Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr
2010-cu il tarixli 163 nömrəli qərarı və Azərbaycan
Respublikası təhsil nazirinin 04 oktyabr 2010-cu il
tarixli 1297 nömrəli əmri əsasında aparılır.
Təhsil müddəti 8 aydır.
Təhsil ödənişlidir.
Sənədlərin qəbulu Azərbaycan Müəllimlər İnstitutunda
2012-ci il iyul ayının 2-dən başlanır. Sənədlər hər gün
(bazar günlərindən başqa) saat 10:00-dan 18:00-dək
810-cu otaqda qəbul olunur.
Ünvan:
AZ 110, Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 104.
Əlaqə telefonları:
465-29-76; 564-01-75
REKTORLUQ |