1. Gəmiqayırma və gəmi təmiri (dəniz texnikası və
texnologiya mühəndisliyi)
2. Gəmi energetik qurğuları və onların istismarı (dəniz
texnikası və avadanlıqlarının istismarı mühəndisliyi)
3. Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
4. Gəmilərin elektrik avadanlıqları və avtomatikası (elektrik
mühəndisliyi)
5. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili
mühəndisliyi (su nəqliyyatı üzrə)
6. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
7. Nəqliyyat servisi (su nəqliyyatı üzrə)
8. Menecment
Əlavə ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı
vətəndaşlarla Azərbaycan Dövlət Dəniz Akademiyası
arasında bağlanmış fərdi müqavilələr əsasında həyata
keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən
az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun
gələn şəxslər "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq
müsabiqədə iştirak edə bilərlər.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri
təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin, diplomun surəti (notarial
qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarış
(diploma əlavə)(saatların miqdarı göstərilməklə);
- əmək kitabçasının surəti;
- işlədiyi dənizçilik müəssisə, təşkilat, şirkət və
idarələrdən göndərilənlər üçün göndəriş, zəmanət;
- 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq
olunmuş);
- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
Sənədlər 2012-ci il avqust ayının 10-dan sentyabr ayının
05-dək (şənbə və bazar günləri istisna olmaqla) saat
10.00-dan 14.00-dək ADDA-nın əsas binasında (II mərtəbə,
tədris şöbəsi, otaq 204) qəbul edilir.
Əlavə ali təhsil (II təh
sil) almaq üçün akademiyaya sənəd vermiş şəxslərlə
müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə
yolu ilə təkrar təhsil ixtisası üzrə tələbələr sırasına
qəbul edilirlər. Birinci aldığı təhsilin təkrar ali
təhsil ixtisasına uyğunluğundan asılı olaraq qəbul
olunduğu kurs müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər əlavə ali təhsil (II
təhsil) almaq üçün Azərbaycan Respublikası Təhsil
Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə
almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında
ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Ünvan:
Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18. Azərbaycan
Dövlət Dəniz Akademiyası
Əlaqə telefonu:
(+994 12) 498-73-94
REKTORLUQ |