Qəbul müsabiqə yolu ilə keçirilir.
I siniflərə cari ilin oktyabrın 31-dək 6 yaşı tamam
olmuş, əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul
edilirlər. Sənədlər 16, 17, 18 iyul tarixlərində hər gün
saat 10.00-dan 16.00-dək qəbul olunur. Müsabiqə iyul
ayının 20-dən 27-dək aparılacaqdır.
Qəbul üçün aşağıdakı sənədlər təqdim olunur:
1. Direktorun adına yazılmış vahid formada ərizə;
2. Uşağın yaşayış yerindən arayış (ailə tərkibi
göstərilməklə);
3. Valideynlərin iş yerindən arayış;
4. Doğum haqqında şəhadətnamə və təsdiq olunmuş surəti;
5. Sağlamlıq haqqında arayış (mübadilə vərəqəsi);
6. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Əlavə məlumat almaq üçün 567-62-84 və 567-22-17 nömrəli
telefonlara zəng vurmaq olar.
Ünvan:
Bakı şəhəri, Faiq Yusifov küçəsi, 39.
DİREKTORLUQ |