Məktəbin birinci siniflərinə görmə qabiliyyəti 0,05-dən
0,3-ə qədər və ondan yuxarı olan, habelə görmə
qabiliyyətini itirmiş 7-10 yaşlı uşaqlar qəbul olunurlar.
Məktəb həmçinin ümumi təhsil məktəblərində oxuduğu
müddətdə görmə qabiliyyəti zəifləmiş uşaqları da müvafiq
siniflərə qəbul edir.
Məktəbdə şagirdlərə ümumi təhsillə yanaşı, musiqi və
peşə ixtisasları da verilir.
Məktəb tam müasir avadanlıqlarla təmin olunmuş, müasir
tələblərə cavab verən hər növ musiqi alətləri
şagirdlərin istifadəsinə verilmişdir.
Şagirdlər tam dövlət hesabına yataqxana, paltar və 4
dəfə yeməklə təmin olunurlar.
Bundan əlavə, ayda hər uşağa 20 manat müalicə üçün pul
verilir.
Məktəbin Azərbaycan və rus bölmələri var.
Məktəbə daxil olmaq istəyənlər aşağıdakı sənədləri
təqdim etməlidirlər:
- direktorun adına ərizə;
- uşağın fərdi vərəqəsi (tibbi sənəd);
- doğum haqqında şəhadətnamənin əsli;
- görmə qabiliyyətinə dair arayış və tibbi rəy;
- valideynin iş yerindən və yaşayış yerindən arayış;
- ailə tərkibi haqqında arayış;
- valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;
- 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.
Ərizələr sentyabrın 10-dək qəbul olunur.
Dərslər sentyabrın 15-dən başlanır.
Məktəbin ünvanı: Bakı şəhəri, Fətəli xan Xoyski
prospekti, 97.
Telefonlar: 564-25-27, 564-72-61
Məktəbə 4, 10, 26, 27, 106, 125, 169, 267, 338 nömrəli
avtobuslarla və metronun "Gənclik" stansiyasından gəlmək
olar.
MÜDİRİYYƏT |