Gimnaziyada şagirdlərə tam orta təhsil verilməklə yanaşı,
I sinifdən başlayaraq ərəb, ingilis, rus dilləri (V
sinifdən əlavə fransız dili) dərinləşdirilmiş proqram
üzrə tədris olunur. Məktəbə, əsasən respublikanın
rayonlarından gələn, həmçinin Bakı şəhərində yaşayan, bu
dilləri öyrənməyə marağı və qabiliyyəti olan, 6 yaşı
cari ilin oktyabrın sonunadək tamam olan əqli və
fizioloji cəhətdən sağlam uşaqlar müsahibə yolu ilə
qəbul olunurlar. Sənədlər iyulun 24-dən 27-nə qədər hər
gün saat 10.00-dan 16.00-dək qəbul ediləcəkdir.
Müsahibələr valideynlərə bildirilmiş cədvəl üzrə
avqustun 1-dən 10-na qədər aparılacaqdır.
Gimnaziyaya daxil olmaq üçün qəbul komissiyasına
aşağıdakı sənədləri təqdim etmək lazımdır:
1. Valideynin, yaxud onu əvəz edən şəxsin direktorun
adına yazdığı vahid formada ərizə;
2. Doğum haqqında şəhadətnamənin notariusda təsdiq
olunmuş surəti;
3. Tibbi dəyişmə vərəqəsi (sağlamlıq haqqında arayış);
4. Uşağın yaşadığı yerdən arayış (ailə tərkibi
göstərilməklə);
5. Valideynlərin iş yerindən arayış (işləmirlərsə, ailə
tərkibi haqqında arayışda qeyd olunur);
6. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Müsahibələrdə qəbul komissiyasının üzvləri uşağın
tələffüz qaydalarına riayət etməsini, nitqinin
aydınlığını, söz ehtiyatına malik olub-olmamasını, cümlə
qurmaq, şeir demək bacarığını, müəyyən əşya və hadisə
haqqında təsəvvürlərini, hesablama vərdişlərini, riyazi
təfəkkürlərini (əşyaları ölçülərinə, rənglərinə,
formasına görə müqayisə etmək, ətraf aləmi müşahidə
etmək bacarığını), yaddaşlarını yoxlayırlar. Uşaqların
testlərlə də yoxlanılması nəzərdə tutulur. Dərs
məşğələlərindən sonra şagirdlərin evə buraxılmasına (valideynin
ərizəsinə əsasən) icazə verilir.
Gimnaziyada I-V sinif şagirdləri evə yalnız
valideynlərin və ya onları əvəz edən şəxslərin müşayiəti
ilə buraxılırlar. Ehtiyacı olanlar dövlət hesabına
yataqxana və isti yeməklə təmin olunurlar.
Əlavə məlumat almaq üçün 427-55-09, 427-57-83 nömrəli
telefonlarla əlaqə saxlamaq olar.
Ünvan: Bakı-48, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi,
1.
Məktəbə metronun "Neftçilər" stansiyasından 81, 68
nömrəli marşrut avtobuslarla gəlmək olar.
DİREKTORLUQ |