Qəbul aşağıdakı qaydada aparılır:
I sinfə cari ilin oktyabr ayının 31-dək 6 yaşı tamam
olmuş əqli və fiziki cəhətdən sağlam, aydın nitqə, tez
qavrama qabiliyyətinə malik, istedad və qabiliyyəti ilə
fərqlənən, fikrini aydın ifadə edə bilən uşaqlar
müsabiqə yolu ilə qəbul edilirlər.
Qəbul komissiyasına aşağıdakı sənədlər təqdim
olunmalıdır:
- Direktorun adına yazılmış vahid formada valideynin
ərizəsi;
- Doğum haqqında şəhadətnamə və notarial qaydada
təsdiqlənmiş surəti;
- Sağlamlıq haqqında tibbi arayış (mübadilə vərəqəsi);
- Ailə tərkibi haqqında arayış;
- Valideynlərin iş yerindən arayış (işləmirlərsə, qəsəbə
nümayəndəliyindən arayış);
- 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
Müsabiqə iyulun 19-dan 21-dək saat 11.00-dan 15.00-dək
keçiriləcək.
Ünvan:
Xəzər rayonu, Şimal DRES qəsəbəsi, L.Starçuk küçəsi, 1.
Telefon: (012) 459-01-42.
DİREKTORLUQ |